Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Texniki quraşdırma mütəxəssisi (Avtoelektrik)

IOT MMCBakıda texniki quraşdırma mütəxəssisi vakansiyası

Maaş: 500 – 800 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 noyabr 2026
Baxış
698
Müraciət
56
Son müraciət tarixi
25 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

IOT MMC Bakıda «Texniki quraşdırma mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş, ən azı 1 il təcrübə, maaş 500–800 AZN. Vakansiyada 9 vəzifə və 14 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

Avtomobil elektrik sistemləri üzrə bilik və praktiki bacarıqları olan, texniki sahədə inkişaf etmək istəyən məsuliyyətli və öyrənməyə həvəsli namizədləri əməkdaşlığa dəvət edirik.

### İş şəraiti və təminatlar

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Tam iş günü;
  • İşin xarakteri: Bakı şəhəri və ətraf ərazilərdə səyyar texniki quraşdırma işləri;
  • Əməkhaqqı: 500–800 AZN (namizədin bilik, bacarıq və praktiki hazırlıq səviyyəsinə uyğun);
  • Şəxsi avtomobili olan namizədlərə üstünlük verilir;
  • Xidməti məqsədlə şəxsi avtomobildən istifadə ilə bağlı razılaşdırılmış istismar və nəqliyyat xərcləri əlavə olaraq qarşılanır;
  • Xidməti fəaliyyət üçün mobil rabitə xərcləri şirkət tərəfindən ödənilir;
  • İş prosesində yeni texniki avadanlıqların quraşdırılması üzrə təlim və praktiki öyrədilmə təmin olunur;
  • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.

Tələblər

  • Avtomobil elektrik sistemləri üzrə ilkin bilik və praktiki bacarıqlar;
  • 12V və 24V elektrik sistemləri haqqında anlayış;
  • Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
  • Elektrik naqillərini müəyyən etmək və düzgün qoşmaq bacarığı;
  • Naqillərin birləşdirilməsi, lehimləmə və izolyasiya işlərini bacarmaq;
  • Avtomobil salonunun sökülüb-yığılması üzrə praktiki təcrübə;
  • Texniki alətlərlə işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli, səliqəli və öyrənməyə həvəsli olmaq;
  • Komanda ilə işləmək bacarığı.

### Üstünlük veriləcək namizədlər

  • Avtoelektrik və ya avtoelektronika sahəsində iş təcrübəsi olanlar;
  • Avtomobil siqnalizasiya sistemləri və əlavə elektrik avadanlıqlarının quraşdırılmasını bacaranlar;
  • Avtomobil elektrik və elektron sistemlərinin təmiri ilə məşğul olanlar;
  • B kateqoriyalı sürücülük vəsiqəsi olanlar;
  • Şəxsi avtomobili olan namizədlər.

Vəzifə öhdəlikləri

  • Minik və yük avtomobillərində, eləcə də xüsusi texnikalarda elektrik və elektron avadanlıqların quraşdırılması;
  • Avtomobillərin elektrik sistemində uyğun qidalanma xətlərinin müəyyən edilməsi;
  • 12V/24V elektrik sistemləri ilə işləmək və müvafiq bağlantıları həyata keçirmək;
  • Daimi qidalanma, ACC və GND xətlərinin müəyyən edilməsi və qoşulması;
  • Elektrik naqillərinin çəkilməsi, birləşdirilməsi, izolyasiyası və səliqəli şəkildə yerləşdirilməsi;
  • Avtomobil salonunun və zəruri hissələrinin sökülüb-yığılması;
  • Quraşdırılmış avadanlıqların ilkin texniki yoxlanılması;
  • Texniki nasazlıqların və bağlantı problemlərinin müəyyən edilməsi;
  • Görülmüş işlər barədə texniki qeydlərin aparılması.

Necə müraciət etmək olar

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı göndərə bilərlər.

IOT MMC haqqında

Aktiv vakansiya
1
Son 6 ayda
3
Əsas şəhər
Bakı

IOT MMC vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Son 6 ayda IOT MMC şirkətində iş üçün 3 vakansiya dərc olunub. IOT MMC vakansiyalarında maaş adətən 660–820 AZN arasındadır. IOT MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

IOT MMC: bütün vakansiyalar (1)

«Texniki quraşdırma mütəxəssisi (Avtoelektrik)» vakansiyası haqqında suallar

IOT MMC namizəddən nə tələb edir?

  • Avtomobil elektrik sistemləri üzrə ilkin bilik və praktiki bacarıqlar;
  • 12V və 24V elektrik sistemləri haqqında anlayış;
  • Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;

Hamısı: «Tələblər»

Bu vəzifədə nə iş görəcəksiniz?

  • Minik və yük avtomobillərində, eləcə də xüsusi texnikalarda elektrik və elektron avadanlıqların quraşdırılması;
  • Avtomobillərin elektrik sistemində uyğun qidalanma xətlərinin müəyyən edilməsi;
  • 12V/24V elektrik sistemləri ilə işləmək və müvafiq bağlantıları həyata keçirmək;

Hamısı: «Vəzifə öhdəlikləri»

Təcrübə tələb olunurmu?

Bəli, ən azı 1 il.

Maaş nə qədərdir?

500 – 800 ₼ / ay.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.