Əsas məzmuna keç
GoJob

Tibbi avadanlıqların alışı üzrə menecer

AzəriMed MMCBakıda tibbi avadanlıqların alışı üzrə menecer vakansiyası

Maaş: 1.200 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
5 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

AzəriMed MMC Bakıda «Tibbi avadanlıqların alışı üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

-Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi:

-Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək;

-Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək;

-Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq;

-Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək;

-Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq;

-Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;

-Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək;

-Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək;

-Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək.


AzəriMed MMC şirkətinin digər vakansiyaları

AzəriMed MMC vakansiyaları