Əsas məzmuna keç
GoJob

Tibbi cihazlar üzrə mütəxəssis

Macromed GroupBakıda tibbi cihazlar üzrə mütəxəssis vakansiyası

Maaş: 550 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 noyabr 2026
Son müraciət tarixi
3 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Macromed Group Bakıda «Tibbi cihazlar üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 550 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizəddən tələblər

  • Ali təhsilin olması şərtdir. 
  • Texnologiya, mexanika, energetika, İT, və oxşar ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir. 
  • Rus və İngilis dilini Upper intermediate səviyyəsində bilməli.
  • Ehtiyac olduğu halda xaricə səfər etməlidir.
  • Avtomobil idarə edə bilən və şəxsi avtomobilin olması şərtdir. Yanacaq və amortizasiya xərci qarşılanır.
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət etməyi bacarmalı
  • Universiteti yeni bitirmiş iş təcrübəsi olmayan xanım və bəylər müraciət edə bilərlər. Təcrübə tələb olunmur.

Vəzifə öhdəlikləri:

  • Tibbi Cihaz və avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi
  • Tibbi cihazların texniki servis proseslərinin təşkili və idarə olunması
  • Avadanlıqların diaqnostikası, təmiri və profilaktik baxışına nəzarət
  • Texniki heyətin işinin koordinasiyası və performansının qiymətləndirilməsi
  • Servis standartlarının və təhlükəsizlik qaydalarının tətbiqi
  • Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həlli
  • Zaman zaman xarici istehsalçıların təşkil etdiyi təlimlərdə online vəya xaricə səfər edərək iştirak etmək.
  • Zərurət yarandıqda tibbi məhsulların xəstəxanalara çatdırılması və təhvil verilməsi

Başlanğıc əmək haqqı 550 manat. İşçinin əmək haqqısı fəaliyyətinə uyğun olaraq sonradan artırılacaqdır 

 İş vaxtı

  •  Həftə içi: 08:30 – 17:00
  •  Şənbə: 10:00 – 13:00

CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu bölməsində “Tibbi cihazlar üzrə mütəxəssis” qeyd edilməlidir.

Oxşar vakansiyalar