Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Tibbi nümayəndə (Medical Representative)

Getz Pharma InternationalBakıda tibbi nümayəndə vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Orta maaş: 750 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 noyabr 2026
Baxış
662
Müraciət
44
Son müraciət tarixi
27 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Getz Pharma International Bakıda tibbi nümayəndə axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyi peşəkar komandamıza qoşulmaq üçün Tibbi nümayəndə vəzifəsinə enerjili, ünsiyyətcil və nəticəyönümlü namizədləri dəvət edir.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin məhsullarının həkimlər və əczaçılar arasında peşəkar şəkildə təşviqi;
  • Tibb mütəxəssislərinə müntəzəm planlı vizitlərin həyata keçirilməsi;
  • Şirkətin preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi;
  • Məhsullar üzrə təqdimatların və fərdi görüşlərin keçirilməsi;
  • Tibb mütəxəssisləri ilə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi;
  • Təyin olunmuş satış hədəflərinin, vizit planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Bazarın, rəqiblərin və tibbi sahədəki yeniliklərin mütəmadi izlənilməsi;
  • Görülmüş işlər və əldə olunan nəticələr üzrə hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Ali təhsil (əczaçılıq, tibb, biologiya və ya kimya sahəsində təhsil arzuolunandır);
  • Tibbi nümayəndə vəzifəsində minimum 3 il iş təcrübəsi (üstünlükdür);
  • Farmakologiya və əczaçılıq bazarı haqqında ilkin biliklər;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
  • Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
  • Peşəkar təlimlər və davamlı inkişaf imkanları;
  • Beynəlxalq standartlara uyğun iş mühiti;
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Bütün tibbi nümayəndə vakansiyaları (9)

Getz Pharma International haqqında

Aktiv vakansiya
1
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • tibbi nümayəndə

Getz Pharma International vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Getz Pharma International işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Getz Pharma International: bütün vakansiyalar (1)

«Tibbi nümayəndə (Medical Representative)» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

GoJob-da Bakıda tibbi nümayəndə vakansiyalarında orta maaş 750 AZN-dir (son 3 ayda 8 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda tibbi nümayəndə vakansiyalarında adətən 700–850 AZN təklif olunur.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.