Tibbi xidmətlərin satışı üzrə rəhbər
Sağlam AiləBakıda tibbi xidmətlərin satışı üzrə rəhbər vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Sağlam Ailə Bakıda «Tibbi xidmətlərin satışı üzrə rəhbər» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə və öhdəliklər:
- Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
- İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
- Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, tibbi xidmətlər haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlər keçirmək;
- Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
- Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
- Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (tibbi təhsil üstünlükdür);
- Tibb, laboratoriya və ya əlaqəli xidmət sahəsində satışın idarə edilməsi üzrə 3 ildən artıq iş təcrübəsi;
- Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; liderlik və komandanı idarəetmə bacarığı, analitik düşüncə.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkətdaxili təlim və inkişaf imkanları.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.