Əsas məzmuna keç
GoJob

Tikinti üzrə kiçik mütəxəssis

METAKBakıda tikinti üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
31 avqust 2026
Son müraciət tarixi
4 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

METAK Bakıda «Tikinti üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşin təsviri

  • Texniki və layihə sənədlərinin, hesabatların, aktların və iş jurnallarının hazırlanmasına dəstək olmaq;
  • Layihə sənədlərini toplamaq, sistemləşdirmək və məlumat bazalarını yeniləmək;
  • Tikinti sahəsində işlərin gedişatını, görülmüş iş həcmlərini və material istifadəsini izləmək və ilkin uçotunu aparmaq;
  • Sahədən daxil olan məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Texniki çertyoj və ilkin layihə eskizlərinin hazırlanmasında iştirak etmək;
  • Podratçılardan daxil olan sənədlərin və məlumatların toplanmasına və yoxlanılmasına dəstək olmaq;
  • Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanmasında iştirak etmək;
  • Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • PÜO, Smeta, Təchizat və digər aidiyyəti şöbələrlə koordinasiyada iştirak etmək;
  • Tikinti norma və qaydalarına, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək.

Tələblər

  • Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi);
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;
  • MS Word və Excel proqramlarında işləmə bacarığı;
  • Tikinti layihələrinin oxunması və hazırlanması üzrə biliklər;
  • Tikinti materialları və texnoloji ardıcıllıq barədə anlayış;
  • Yüksək məsuliyyət və diqqətlilik;
  • Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

METAK şirkətinin digər vakansiyaları

METAK vakansiyaları