Əsas məzmuna keç
GoJob

Maneken Ustası (İstehsalat)

Sophie CoutureBakıda usta vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 noyabr 2026
Son müraciət tarixi
2 dekabr 2026

Bakı şəhərində Fəhlə və Usta işləri üzrə vakansiyalar

Vakansiya haqqında

Sophie Couture Bakıda usta axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Sophie Couture şirkəti istehsalat sahəsində çalışmaq üçün müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanmasını həyata keçirəcək Maneken Ustası axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin fərdi bədən ölçülərinə uyğun dərzi manekenlərinin hazırlanması;
  • Verilmiş ölçülər əsasında manekenlərin forma və proporsiyalarının dəqiq qurulması;
  • Mövcud manekenlərin müştəri ölçülərinə uyğun dəyişdirilməsi və formalaşdırılması;
  • Manekenlərin hazırlanmasında istifadə olunan materiallarla işləmək;
  • Hazırlanmış manekenlərin ölçülərinin yoxlanılması və lazımi düzəlişlərin edilməsi;
  • İstehsalat komandası ilə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Əl işlərinə və texniki işlərə bacarıq;
  • Ölçülərlə dəqiq işləmək bacarığı;
  • Həcm, forma və bədən proporsiyalarını düzgün anlamaq;
  • Müxtəlif materiallarla işləmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik və məsuliyyətlilik;
  • Maneken hazırlanması, heykəltəraşlıq, modelləşdirmə və ya oxşar sahələrdə təcrübə üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: 10:00–19:00
  • İş günləri: Bazar ertəsi – Şənbə
  • İstirahət günü: Bazar
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Maneken Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə üçün nömrə +994102244535

Sophie Couture şirkətinin digər vakansiyaları

Sophie Couture vakansiyaları