Əsas məzmuna keç
GoJob

Mebel ustası

Bakıda usta vakansiyasıSoliton

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Soliton Bakıda usta axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Mebel məhsullarının hazırlanması və yığılması prosesini həyata keçirmək;
  • Mebel hissələrinin ölçülərinə uyğun olaraq kəsilməsi, emalı və montajını həyata keçirmək;
  • Çertyoj və ölçülərə uyğun olaraq mebel konstruksiyalarının hazırlanmasını təmin etmək;
  • Mebel hissələrinin düzgün və keyfiyyətli şəkildə birləşdirilməsini həyata keçirmək;
  • Mebel və avadanlıqların təmir və bərpa işlərini yerinə yetirmək;
  • İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək;
  • Hazırlanan məhsulların keyfiyyətinə və səliqəli görünüşünə diqqət yetirmək;
  • İş yerində təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Mebel ustası və ya müvafiq sahədə iş təcrübəsinin olması;
  • Mebel hazırlanması və montajı üzrə praktiki bacarıqlara malik olmaq;
  • Əl alətləri və müvafiq avadanlıqlardan istifadə bacarığı;
  • Ölçü və çertyojlarla işləmə bacarığı;
  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
  • İş intizamına riayət etmək;
  • Komandada işləmək bacarığı.

 ​​​​​​İş şərtləri

  • İş yeri: Soliton Anbar (Şamaxı yolu 15-ci km)
  • İş saatları: 09:00 – 18:00
  • Əmək haqqı: 600 – 700 AZN (başlanğıc maaş)
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə sənədləşdirmə
  • Nahar yeməyi şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Soliton şirkətinin digər vakansiyaları

Soliton vakansiyaları