Əsas məzmuna keç
GoJob

Mühərrik üzrə usta (motorist)

Bakıda usta vakansiyasıBYD Motors Baku MMC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
8 oktyabr 2026
Son müraciət tarixi
8 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

BYD Motors Baku MMC Bakıda usta axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş sahəsi: Çin istehsalı Plug-in Hibrid avtomobilləri

Vəzifə öhdəlikləri:

  • Daxiliyanma mühərriklərinin diaqnostikası və texniki vəziyyətinin qiymətləndirilməsi;
  • Mühərriklərin sökülməsi, yığılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
  • Mühərrikdə yaranan mexaniki və texniki nasazlıqların müəyyən edilməsi;
  • Mühərrikin yağlama, soyutma, yanacaq və digər əlaqəli sistemlərinin yoxlanılması;
  • Mühərrik komponentlərinin texniki vəziyyətinin qiymətləndirilməsi;
  • Zəruri ehtiyat hissələrinin müəyyənləşdirilməsi;
  • Təmir işlərinin istehsalçı texniki standartlarına uyğun həyata keçirilməsi;
  • Plug-in Hibrid avtomobillərində daxiliyanma mühərriki ilə elektrik ötürücü sisteminin qarşılıqlı iş prinsipinin nəzərə alınması.

Namizədə tələblər:

  • Mühərrik təmiri sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
  • Müasir avtomobil mühərrikləri üzrə peşəkar bilik;
  • Mühərrik diaqnostikası və təmiri üzrə praktiki təcrübə;
  • Diaqnostika cihazlarından istifadə bacarığı;
  • Mühərrikin əsas sistemləri üzrə geniş bilik;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Plug-in Hibrid avtomobillərinin iş prinsipi barədə bilik;
  • Məsuliyyətli və səliqəli işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
  • Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.

İş şəraiti

  • İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühərrik üzrə usta (motorist)” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

BYD Motors Baku MMC şirkətinin digər vakansiyaları

BYD Motors Baku MMC vakansiyaları