Senior Tax Consultant
Agha Financial Services MMCBakıda vergi üzrə mütəxəssis vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 11 noyabr 2026
- Son müraciət tarixi
- 11 dekabr 2026
- Kateqoriya
- Mühasibatlıq və Audit
Vakansiya haqqında
Agha Financial Services MMC Bakıda vergi üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Senior Tax Consultant tələb olunur.
Vəzifə öhdəlikləri
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, mədən vergisi, Aksiz vergisi, Torpaq vergisi, əmlak vergisi və s. hesabatların hazırlanması və yoxlanılması;
- “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat”-ının hazırlanması və yoxlanılması;
- Kameral uyğunsuzluq məktublarına müvafiq cavabların yazılması;
- Mühasibat proqramında əks etdirilmiş əməliyyatların düzgünlüyünün və tamlığının yoxlanılması;
- Dövlət Vergi Xidməti və digər dövlət qurumları ilə yazışmaların aparılması;
- Vergi orqanında mütəmadi görüşlərin keçirilməsi;
- Rəhbərlik üçün tələb olunan idarəetmə və daxili hesabatların hazırlanması;
- Kameral Vergi hesabatlarının araşdırılması və müvafiq rəylərin hazırlanması;
- Maliyyə hesabatlarının vergi aspektindən təhlil edilməsi;
- Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin keyfiyyət standartlarına uyğun icrasının təmin edilməsi.
Namizədə tələblər
Bilməlidir
- Azərbaycan Respublikası Vergi məcəlləsini ;
- Vergi ilə əlaqəli digər qanunvericilik aktlarını, qanunları və məcəllələri
- Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr və/və ya magistr təhsili;
- Mühasibatlıq və vergi sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Vergi orqanları ilə iş və vergi yoxlamalarında iştirak təcrübəsi;
- Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
- MS Excel, Word (Xüsusilə exceli çox yaxşı bilməsi zəruridir) proqramlarında sərbəst işləmək bacarığı;
- Yeni iş mühitinə sürətli uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 iş günü
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: 1500 AZN (Gross)
- İş yeri: Bakı şəhəri Yasamal rayonu
- Karyera və inkişaf imkanları
Təklif edirik
- Müxtəlif sahələr üzrə praktiki təcrübə
- Stabil və uzunmüddətli əməkdaşlıq
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ iş mühiti və dəstəkləyici komanda
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.