Əsas məzmuna keç
GoJob

Videoqraf / Video Editor

Prior LeasingBakıda video montajçı vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində Dizayn və Yaradıcılıq üzrə vakansiyalar

Vakansiya haqqında

Prior Leasing Bakının Nərimanov rayonunda video montajçı axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Prior Leasing yaradıcı düşüncəli Videoqraf / Video Editor axtarır.

Namizədə tələblər:

  • Video çəkilişi və montaj sahəsində 1–2 il iş təcrübəsi
  • Video montaj proqramları, rəng korreksiyası və səs emalı üzrə əsas biliklər
  • Sosial media formatları, aktual trendlər barədə məlumatlılıq
  • Kamera, işıq və səs  avadanlıqları ilə işləmək bacarığı
  • Yaradıcı düşüncə, estetik zövq və detallara diqqət
  • Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Regionlara ezamiyyətə açıq olmaq.

Vəzifə öhdəlikləri:

  • Korporativ tədbirlər, reklam kampaniyaları və sosial media kontenti üçün video çəkilişləri planlaşdırmaq və həyata keçirmək
  • Çəkiliş avadanlıqlarının hazırlanmasını, quraşdırılmasını və düzgün istifadəsini təmin etmək
  • Mövcud videoqrafla birgə çəkilişlərdə iştirak etmək və çəkilmiş materialları montaj etmək
  • Videoların montajını, rəng korreksiyasını və səs emalını həyata keçirmək, titrlər və qrafik elementlər əlavə etmək
  • Sosial media platformaları üçün qısa və uzun videolar, reklam və korporativ çarxlar hazırlamaq
  • Video materialların korporativ üsluba və brend standartlarına uyğunluğunu təmin etmək, kontent planına əsasən vaxtında təhvil vermək

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü.
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Videoqraf / Video editor qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2628&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Prior Leasing şirkətinin digər vakansiyaları

Prior Leasing vakansiyaları