Əsas məzmuna keç
GoJob

Videoqraf (Frilans / Layihə əsaslı)

ARCO LogisticsBakıda videoqraf vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Frilans
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026

Vakansiya haqqında

ARCO Logistics Bakıda videoqraf axtarır. Frilans, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şirkətimizə  kreativ məzmun yaradacaq, peşəkar çəkiliş və montaj bacarıqlarına malik dinamik Videoqraf axtarırıq!

İş şəraiti:

  • İş rejimi: Sərbəst / Məsafədən (Ofisdə oturmaq tələb olunmur, yalnız çəkiliş günləri müəyyən olunan məkanda iştirak etmək kifayətdir);
  • Əməkhaqqı: 1000 – 2000 AZN (Təcrübə, bacarıqlar və çəkiliş həcminə uyğun olaraq müəyyən edilir).

Tələblər:

  • Peşəkar videoçəkiliş və montaj sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Çəkiliş avadanlıqları (kamera, işıq, səs və stabilizatorlar) ilə sərbəst işləmək bacarığı;
  • Montaj proqramlarını (Adobe Premiere Pro, After Effects və ya DaVinci Resolve) yüksək səviyyədə bilmək;
  • Sosial media trendlərini (Reels, TikTok, Shorts) izləmək və dinamik, diqqətçəkən məzmunlar hazırlamaq qabiliyyəti;
  • Portfolionun təqdim edilməsi mütləqdir.

Vəzifə öhdəlikləri:

  • Müəyyən olunmuş çəkiliş planına uyğun olaraq çəkilişlərin təşkili və həyata keçirilməsi;
  • Çəkilmiş materialların montajı, rəng korreksiyası (color grading) və səs işlənməsi;
  • Şirkətin sosial media hesabları üçün kreativ video ideyaların təklif olunması və reallaşdırılması.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz 

Qeyd: Mövzu hissəsində "Videoqraf" yazmağınız xahiş olunur)

ARCO Logistics şirkətinin digər vakansiyaları

ARCO Logistics vakansiyaları