Əsas məzmuna keç
GoJob

VİP müştərilərlə iş şöbəsi

Atəşgah Sığorta ŞirkətiBakıda VİP müştərilərlə iş şöbəsi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Atəşgah Sığorta Şirkəti Bakıda «VİP müştərilərlə iş şöbəsi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə öhdəlikləri

  • VIP müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və qorunması
  • Müştərilərin müraciət və sorğularının operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi
  • Sığorta müqavilələrinin rəsmiləşdirilməsi, yenilənməsi və müvafiq dəyişikliklərin həyata keçirilməsinin koordinasiyası;
  • Sığorta hadisələri zamanı müştərilərə lazımi dəstəyin göstərilməsi və prosesin aidiyyəti struktur bölmələrlə koordinasiyası;
  • VIP müştərilərin fərdi ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmət həllərinin təklif olunması;
  • Müştəri müraciətlərinin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə müştərilərin məlumatlandırılması;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi
  • Müştəri şikayət və təkliflərinin araşdırılması, həlli üçün müvafiq bölmələrlə əməkdaşlıq edilməsi
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması və daxili prosedurlara riayət olunması
  • Müştəri portfeli üzrə məlumatların yenilənməsi və müvafiq hesabatların hazırlanması
  • Müştərilərin ehtiyaclarına uyğun əlavə sığorta məhsulları və xidmətləri barədə məlumat verilməsi
  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

Tələblər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Atəşgah Sığorta Şirkəti şirkətinin digər vakansiyaları

Atəşgah Sığorta Şirkəti vakansiyaları