Əsas məzmuna keç
GoJob

Təmizlikçi

ADA UniversityBakıda xadimə vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 sentyabr 2026
Son müraciət tarixi
18 oktyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

ADA University Bakıda xadimə axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

ADA Universitetinə Təmizlik Xidməti Əməkdaşı tələb olunur.

Günlük vəzifə öhdəlikləri:

  • Gündəlik təmizlik işlərini yerinə yetirmək;
  • Tədbirlərdən sonra ərazinin səliqəsini təmin etmək;
  • Müəyyən olunmuş ərazilərdə binaların çöl şüşələrinin yuyulması;
  • Binaların daxilindəki ofislərdə xalçaların və yumşaq mebellərin (divan, kreslo və s.) xüsusi texniki avadanlıq və təmizləyici vasitələrdən istifadə etməklə yuyulması;
  • Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyası və onların təhlükəsiz istifadəsi qaydalarına düzgün əməl etmək;
  • Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə etmək bacarığı;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Zəruri tələblər:

  • Punktual, səliqəli, məsuliyyətli və intizamlı olmaq;
  • Məxfiliyi qorumaq bacarığı;
  • Komandada işləmək bacarığı və mehriban davranış;
  • Tapşırıqları yerinə yetirmək fiziki işə uyğunluq;
  • Arzuolunan yaş aralığı 20-35;
  • Mərmər və digər döşəmə səthlərinin müvafiq texniki avadanlıq və kimyəvi vasitələrlə işlənməsi bacarığı;
  • Müvafiq sahədə real iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Qeyd edək ki, elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə tutulub.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

ADA University şirkətinin digər vakansiyaları

ADA University vakansiyaları