Təmizlik işləri üzrə texniki işçi
Bakıda xadimə vakansiyasıAlterum
Maaş: 670 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 avqust 2026
- Son müraciət tarixi
- 29 oktyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Alterum Bakıda xadimə axtarır. Tam ştat, maaş 670 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Alterum MMC Təmizlik işləri üzrə texniki işçi vakansiyası elan edir
Əsas vəzifə öhdəlikləri:
- Ofislərin və sanitar qovşaqların gündəlik təmizliyinin təmin edilməsi;
- İclas otaqları, restoran, lobi, lift və digər ümumi istifadə sahələrinin təmizlənməsi;
- Otaqların, dəhlizlərin, pilləkənlərin və digər sahələrin mop, tozsoran, döşəmə təmizləyici və digər təmizlik avadanlıqlarından istifadə etməklə təmizlənməsi;
- Həftə sonları ümumi təmizlik işlərinin həyata keçirilməsi;
- Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə edilməsi, onların qorunub saxlanılması;
- Təmizlik ləvazimatları və iş sahələrində aşkar olunan çatışmazlıqlar barədə koordinatora məlumat verilməsi;
- Koordinator tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Müəyyən edilmiş təmizlik standartlarına və daxili qaydalara uyğun işin icrası.
Vəzifə üzrə əsas tələblər:
- Bu sahə üzrə təcrübə mütləq deyil (iş prosesləri yerində öyrədilir);
- Məsuliyyətli, diqqətli və səliqəli olmaq
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit; çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq;
- Sanitar-gigiyenik normalara riayət etmək;
- Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür.
İş şərtləri:
- Əmək haqqı: 670 AZN;
- Yalnız bəylər müraciət etsin.
- İş qrafiki: həftənin 6 günü, dəyişkən növbəli iş rejimi (səhər növbəsi: 07:00 – 15:00, günorta növbəsi: 14:00 – 22:00)
- Yemək və iş geyimi (uniforma) ilə təmin olunma
- Peşəkar və mehriban komanda ilə çalışmaq imkanı;
- Rəsmi əmək müqaviləsi
- İş yeri: Bakı şəhəri, Nizami küçəsi 90A, Landmark III
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!