Təmizlik işçisi / Xadimə
NeoTelecom ServicesBakıda xadimə vakansiyası
Maaş: 600 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 14 oktyabr 2026
- Son müraciət tarixi
- 13 noyabr 2026
- Kateqoriya
- Təmizlik, Gözəllik və Məişət
Bakı şəhərində Təmizlik, Gözəllik və Məişət üzrə vakansiyalar
Vakansiya haqqında
NeoTelecom Services Bakıda xadimə axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Bakı şəhəri, Koroğlu metrosu yaxınlığı
Vəzifələr:
- Ofisin gündəlik təmizliyinin və səliqəsinin təmin edilməsi
- Ofisin dərin və detallı təmizliyinin həyata keçirilməsi
- İş otaqları, ümumi istifadə sahələri, dəhlizlər və digər ərazilərin mütəmadi təmizlənməsi
- Ofisdə istifadə olunan texnoloji avadanlıqların və cihazların xüsusiyyətlərinə uyğun təmizlik vasitələri ilə düzgün və ehtiyatlı şəkildə təmizlənməsi
- Müxtəlif səthlərin və avadanlıqların materialına uyğun təmizlik vasitələrindən istifadə edilməsi
- Təmizlik vasitələri və avadanlıqlarından təlimatlara uyğun istifadə olunması
- Təmizlik zamanı avadanlıqların və ofis əşyalarının təhlükəsizliyinə diqqət yetirilməsi
- Gigiyena və səliqə standartlarına riayət edilməsi
Tələblər:
- 30-45 yaş arası xanım namizədlər
- Məsuliyyətli, səliqəli və diqqətli olmaq
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığının olması
- Ofisin dərin təmizliyinə və detallara xüsusi diqqət yetirmək
- Müxtəlif texnoloji avadanlıqların düzgün təmizlənməsinə diqqətli yanaşmaq
- Təmizlik vasitələrindən düzgün istifadə etmək
- İşə vaxtında və intizamlı münasibət
- Rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Xidmət və ya təmizlik sahəsində iş təcrübəsi tələb olunur
Əmək şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatları: 08:00 – 17:00
- Əmək haqqı: 600 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.