Xaricdə Təhsil Mütəxəssisi
Khazar University Dunya IB SchoolBakıda xaricdə təhsil üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Khazar University Dunya IB School Bakıda xaricdə təhsil üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Xaricdə Təhsil Mütəxəssisi tələbələrə ölkə, universitet və təhsil proqramının seçimindən başlayaraq qəbul və yerləşmə prosesinədək dəstək göstərir.
Əsas vəzifə və öhdəliklər
- Ölkə, universitet və təhsil proqramlarının seçimi
- Müraciət və tələb olunan sənədlərin hazırlanması
- Motivasiya məktubu, CV hazırlanması, yazı işləri və tələbələrin istiqamətləndirilməsi
- Yaşayış yerinin tapılması və təşkili
- Tələbələr, valideynlər, universitetlər və beynəlxalq tərəfdaşlarla ünsiyyət
- Müraciət tarixləri və qəbul tələblərinin izlənilməsi
- Təqaüd və digər təhsil imkanlarının araşdırılması
- Qəbul, qeydiyyat və səfər öncəsi hazırlıq prosesində dəstək
Namizədə tələblər
- Ali təhsil
- Xaricdə təhsil sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dili üstünlükdür
- Güclü yazı və ünsiyyət bacarıqları
- Viza müraciəti bacarığı - üstünlükdür
- Təşkilatçılıq və detallara diqqət
- Təşəbbüskar və həll yönümlü yanaşma
- Yeni təqaüd və maliyyə imkanlarını araşdırmaq bacarığı
- Məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi
- Müstəqil və komanda şəklində işləmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.