Əsas məzmuna keç
GoJob

Yanğın Xəbərverici Sistemləri üzrə baş mütəxəssis

Facility Management GroupBakıda yanğın xəbərverici sistemləri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
8 oktyabr 2026
Son müraciət tarixi
7 noyabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

Facility Management Group Bakıda «Yanğın Xəbərverici Sistemləri üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət edəcək Yanğın Xəbərverici Sistemləri üzrə Baş mütəxəssis axtarır. Namizəd sistemlərin auditinin aparılması, layihələrin texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət, risklərin müəyyənləşdirilməsi və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.


  • Yanğın xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və aparmaq;
  • Layihələrin icrasına və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Yanğın xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək və texniki həlləri qiymətləndirmək;
  • İş həcmlərini müəyyənləşdirmək və texniki iş təsvirlərini hazırlamaq;
  • Texniki tələbləri və ehtiyacları müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər vermək;
  • Yanğın xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və şəbəkə bağlantıları üzrə texniki sənədləri hazırlamaq və nəzarətdə saxlamaq;
  • Sistemlərin istismarına nəzarət etmək və texniki məlumatları təqdim etmək;
  • Layihələr üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Yanğın xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət etmək;
  • Sistemlərin audit nəticələrini və texniki vəziyyətini qiymətləndirərək hesabatlar hazırlamaq;
  • Avadanlıq və materiallara olan tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət etmək;
  • Hesabat və texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri üzrə təkliflər vermək;
  • İşlərin təhlükəsizlik norma və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Görülən işlərin və texniki proseslərin düzgün sənədləşdirilməsini təmin etmək.

Facility Management Group şirkətinin digər vakansiyaları

Facility Management Group vakansiyaları