Yemək Paylayıcı (Qarson)
Liv Bona Dea HospitalBakıda yemək paylayıcı vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 5 sentyabr 2026
- Son müraciət tarixi
- 4 noyabr 2026
- Kateqoriya
- Restoran və Kafe
Vakansiya haqqında
Liv Bona Dea Hospital Bakıda «Yemək Paylayıcı» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş barədə məlumat:
- Xəstələrə və müştərilərə standartlara uyğun şəkildə yüksək səviyyədə xidmət göstərmək
- Günlük menyuya əsasən xəstələrə yeməklərin vaxtında və düzgün qaydada paylanılmasını təmin etmək
- Təyin edilmiş dietik və xüsusi qidalanma tələblərinə uyğun olaraq porsiyaların düzgün verilməsinə nəzarət etmək
- Yemək paylanması zamanı xəstə ilə etik və qaydalara uyğun ünsiyyətin qurulmasını təmin etmək
- Paylama arabası və istifadə olunan avadanlıqların təmizliyi və səliqəsini qorumaq
- Yemək bölməsində gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək
- Xəstələrdən daxil olan müraciət və iradları səbrlə dinləmək və müvafiq şəxslərə yönləndirmək
- Komanda daxilində nizam-intizam və dəstəkverici iş mühitinin qorunmasına töhfə vermək
Tələblər:
- İş təcrübəsi: müvafiq sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili səlis (rus dili arzuolunandır)
- Gülərüz, ünsiyyətcil, xidmət mədəniyyətinə sahib olmaq
- Komanda ilə işləmək bacarığı
- Məsuliyyətli, punktual, səliqəli və stressə davamlı olmaq
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Yemək Paylayıcı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.