Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Youtube üzrə mütəxəssis (gecə növbəsi)

Baku TvBakıda youtube üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Baxış
632
Müraciət
35
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Dizayn, Foto və Video üzrə iş elanları

Vakansiya haqqında

Baku Tv Bakıda «Youtube üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Baku TV" Youtube üzrə mütəxəssis (gecə növbəsi) vakansiyası elan edir. 

Öhdəliklər:

  • Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;
  • Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;
  • Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;
  • YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;
  • Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;
  • YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;
  • Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;
  • Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.

​​​​​​​Tələblər:

  • Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;
  • Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;
  • Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
  • Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;
  • YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;
  • YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilər və ya [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.

Baku Tv şirkətinin digər vakansiyaları

Baku Tv vakansiyaları

Baku Tv haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
11
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • quraşdırıcı
  • texniki dəstək üzrə mütəxəssis

Baku Tv vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən quraşdırıcı və texniki dəstək üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Baku Tv şirkətində iş üçün 11 vakansiya dərc olunub. Baku Tv işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Baku Tv: bütün vakansiyalar (2)

«Youtube üzrə mütəxəssis (gecə növbəsi)» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.