Əsas məzmuna keç
GoJob

Yükləyici – Anbar əməkdaşı (Yeni Yasamal və Crescent Mall filialları)

JYSKBakıda yükləyici vakansiyası

Maaş: 650 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

JYSK Bakının Binəqədi rayonunda «Yükləyici» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 650 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

JYSK komandamıza məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv Yükləyici – Anbar əməkdaşı axtarırıq.

Əgər dinamik iş mühitində çalışmağı sevirsinizsə, fiziki iş sizin üçün uyğundursa və komandada işləməyi bacarırsınızsa, JYSK komandasında sizi görməkdən məmnun olarıq!

JYSK-də logistika və anbar komandası malların mağazalara və onlayn sifarişlərə vaxtında və səmərəli çatdırılmasında mühüm rol oynayır.

Tələblər

  • Təchizat maşınlarının boşaldılması və yüklərin qəbul prosesində iştirak etmək;
  • Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Qəbul edilmiş malların müəyyən olunmuş qaydalara uyğun şəkildə anbara yerləşdirilməsi;
  • Anbara daxil olan və anbardan çıxan malların hərəkətinə nəzarət etmək;
  • Malların təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək;
  • Satış komandalarının sorğuları əsasında tələb olunan malları operativ şəkildə tapmaq və təqdim etmək;
  • Anbar daxilində səliqə-sahmanın və iş zonasının düzgün təşkilinin təmin edilməsi;
  • Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək olmaq;
  • İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər

  • Fiziki cəhətdən sağlam və aktiv olmaq;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Operativ və diqqətli işləmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil.

JYSK-da təhlükəsizlik bizim üçün prioritetdir. Əməkdaşlar iş təhlükəsizliyi və erqonomik iş üsulları üzrə müvafiq təlimatlar alırlar.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 650 AZN + bonus
  • İş qrafiki: növbəli, 6 günlük iş həftəsi
  • İş yeri: JYSK (Yeni Yasamal və Crescent Mall filialları)
  • Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera yüksəlişi.
  • Peşəkar və komanda yönümlü iş mühiti

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” (Yasamal yaxud Crescent mall )qeyd etməyiniz xahiş olunur.

JYSK komandasına qoşulun!

Birlikdə daha güclü nəticələr yaradaq.

JYSK şirkətinin digər vakansiyaları

JYSK vakansiyaları