Zəmanət meneceri
İMotorsBakıda zəmanət meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 21 sentyabr 2026
- Baxış
- 640
- Müraciət
- 33
- Son müraciət tarixi
- 20 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
İMotors Bakıda «Zəmanət meneceri» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi;
- Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik;
- Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı;
- Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı;
- Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə;
- MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək;
- Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq;
- Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək;
- Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq;
- Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək;
- İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək;
- Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq;
- Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək;
- Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək;
- Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq;
- Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək;
- Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək;
- Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək;
- İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq;
- Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək;
- Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
İş şərtlərimiz:
- İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2591&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
İMotors şirkətinin digər vakansiyaları
İMotors vakansiyalarıİMotors haqqında
- Aktiv vakansiya
- 2
- Son 6 ayda
- 9
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- marketinq meneceri
- satış təmsilçisi
İMotors vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən marketinq meneceri və satış təmsilçisi vəzifələrinə işçi axtarır. Son 6 ayda İMotors şirkətində iş üçün 9 vakansiya dərc olunub. İMotors işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
İMotors: bütün vakansiyalar (2)«Zəmanət meneceri» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.