1C Operator
Baku Aqro AZ MMC1C operator job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 21, 2026
- Apply before
- November 20, 2026
- Category
- Finance & Banking
About this job
Baku Aqro AZ MMC is hiring a 1C operator in Baku. Full-time. Apply directly to the employer.
“Baku Aqro Az” MMC komandasına 1C Operatoru vəzifəsinə işçi axtarır. İstixana və kənd təsərrüfatı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin 1C proqramına daxil edilməsi və işlənməsi;
- Məhsul, toxum, gübrə, dərman preparatları və digər materialların mədaxil-məxaric əməliyyatlarının qeydiyyatı;
- Anbar qalıqlarının və material hərəkətinin izlənilməsi;
- Məhsul istehsalı, yığımı və satışına dair məlumatların sistemə daxil edilməsi;
- Material sərfiyyatı və məhsul qalıqları üzrə hesabatların hazırlanması;
- Elektron qaimə-fakturalar və digər müvafiq sənədlərlə işləmək;
- Mühasibatlıq və anbar əməkdaşları ilə koordinasiyalı fəaliyyət göstərmək;
- Məlumatların düzgünlüyünə və sənədlərin vaxtında sistemə daxil edilməsinə nəzarət etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- İstixana və kənd təsərrüfatı sahəsində mütləq iş təcrübəsi;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Kənd təsərrüfatı məhsullarının, toxum, gübrə, dərman preparatları və digər materialların uçotu üzrə biliklər;
- Anbar əməliyyatları, materialların mədaxil-məxarici, sərfiyyatı və qalıqların uçotu üzrə təcrübə;
- Məhsul istehsalı, yığımı və satışına dair məlumatların 1C sistemində qeydiyyatı üzrə biliklər;
- MS Excel proqramında işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və operativ işləmək bacarığı.
İş şəraiti:
- İşəgötürən: “Baku Aqro Az” MMC
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.
Müraciət etmək istəyənlər CV-ni “1C Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.