Əsas məzmuna keç
GoJob

1C Operator

Bakıda 1C operatoru vakansiyasıBaku Aqro AZ MMC

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Baku Aqro AZ MMC Bakıda 1C operatoru axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Baku Aqro Az” MMC komandasına 1C Operatoru vəzifəsinə işçi axtarır. İstixana və kənd təsərrüfatı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin 1C proqramına daxil edilməsi və işlənməsi;
  • Məhsul, toxum, gübrə, dərman preparatları və digər materialların mədaxil-məxaric əməliyyatlarının qeydiyyatı;
  • Anbar qalıqlarının və material hərəkətinin izlənilməsi;
  • Məhsul istehsalı, yığımı və satışına dair məlumatların sistemə daxil edilməsi;
  • Material sərfiyyatı və məhsul qalıqları üzrə hesabatların hazırlanması;
  • Elektron qaimə-fakturalar və digər müvafiq sənədlərlə işləmək;
  • Mühasibatlıq və anbar əməkdaşları ilə koordinasiyalı fəaliyyət göstərmək;
  • Məlumatların düzgünlüyünə və sənədlərin vaxtında sistemə daxil edilməsinə nəzarət etmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İstixana və kənd təsərrüfatı sahəsində mütləq iş təcrübəsi;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Kənd təsərrüfatı məhsullarının, toxum, gübrə, dərman preparatları və digər materialların uçotu üzrə biliklər;
  • Anbar əməliyyatları, materialların mədaxil-məxarici, sərfiyyatı və qalıqların uçotu üzrə təcrübə;
  • Məhsul istehsalı, yığımı və satışına dair məlumatların 1C sistemində qeydiyyatı üzrə biliklər;
  • MS Excel proqramında işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və operativ işləmək bacarığı.

İş şəraiti:

  • İşəgötürən: “Baku Aqro Az” MMC
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.

Müraciət etmək istəyənlər  CV-ni “1C Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar