Skip to content
GoJob
Back to jobs

Administrator

Shaurma N1Administrator job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 18, 2026
Views
717
Applications
49
Apply before
December 18, 2026

Office & Administration jobs in Baku

About this job

Shaurma N1 is hiring an administrator in Baku. Full-time. Apply directly to the employer.

Shaurma 1 komandamıza qoşulmaq üçün filialın gündəlik iş proseslərinin koordinasiyasını həyata keçirə, müştəri xidmətinin keyfiyyətini qoruya və komandanın effektiv fəaliyyətinə dəstək göstərə bilən “Administrator” axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Filialda gündəlik əməliyyat proseslərinin və növbə üzrə iş bölgüsünün təşkilinə dəstək göstərmək;
  • Əməkdaşların işə davamiyyətini, iş intizamını və xidmət standartlarına riayət etməsini izləmək;
  • Müştərilərin qarşılanması, sifarişlərin düzgün və vaxtında təqdim olunması prosesinə nəzarət etmək;
  • Müştəri müraciət və şikayətlərini qəbul etmək, səlahiyyəti çərçivəsində həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək;
  • Kassa əməliyyatlarının və gün sonu hesabatlarının düzgün aparılmasına nəzarət etmək;
  • Məhsul qalığı, anbar, sifariş və təhvil-təslim proseslərinin izlənilməsində iştirak etmək;
  • Filialda təmizlik, sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını yoxlamaq;
  • Avadanlıq və inventarın düzgün istifadəsinə, nasazlıqların vaxtında bildirilməsinə nəzarət etmək;
  • Filial müdiri olmadıqda gündəlik işlərin fasiləsiz davam etməsinə dəstək göstərmək.

Namizədə dair tələblər

Mütləq tələblər:

  • Orta ixtisas və ya ali təhsil;
  • Restoran, ictimai iaşə və ya xidmət sahəsində 1–2 il iş təcrübəsi;
  • Müştəri xidmətləri və gündəlik əməliyyat prosesləri üzrə anlayış;
  • Kassa əməliyyatları və ilkin hesabatlarla işləmək bacarığı;
  • MS Office proqramları üzrə baza bilikləri;
  • Azərbaycan dilində səlis ünsiyyət qurmaq bacarığı.

Üstünlük hesab olunur:

  • Restoran və ya fast-food şəbəkəsində administrator vəzifəsində təcrübə;
  • Komanda koordinasiyası və növbə idarəçiliyi üzrə təcrübə.

Namizəddən gözləntilər

  • Ünsiyyətcil, məsuliyyətli və diqqətli olmaq;
  • Operativlik və çevik qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və əməkdaşları koordinasiya etmək bacarığı;
  • Müştəri məmnuniyyətinə həssas yanaşmaq;
  • İntizamlı olmaq və detallara diqqət yetirmək;
  • Növbəli iş rejimində çalışmaq imkanı.

Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir.

İş prosesinin əsas istiqamətləri

Növbənin təhvil alınması → Əməkdaşların iş bölgüsünün koordinasiyası → Müştəri xidmətinin və sifariş prosesinin izlənilməsi → Kassa, məhsul qalığı və təmizlik nəzarəti → Günlük nəticələrin və problemlərin filial müdirinə bildirilməsi

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

More jobs at Shaurma N1

Jobs at Shaurma N1