Skip to content
GoJob
Back to jobs

Filial müdiri

Shaurma N1Branch manager job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 18, 2026
Views
687
Applications
47
Apply before
December 18, 2026

Finance, Banking & Insurance jobs in Baku

About this job

Shaurma N1 is hiring a branch manager in Baku. Full-time. Apply directly to the employer.

Shaurma 1 komandamıza qoşulmaq üçün restoranın gündəlik fəaliyyətini effektiv idarə edə, komandanı düzgün yönləndirə və satış göstəricilərinin yüksəldilməsini təmin edə bilən “Filial müdiri” axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Filialın gündəlik fəaliyyətini təşkil etmək, iş proseslərinin fasiləsiz və standartlara uyğun icrasına nəzarət etmək;
  • Satış, gəlirlilik və əməliyyat göstəricilərini izləmək, nəticələrin yaxşılaşdırılması üçün tədbirlər görmək;
  • Məhsul qalığına, anbar uçotuna, sifarişlərin düzgünlüyünə və itkilərin minimuma endirilməsinə nəzarət etmək;
  • Əməkdaşların iş qrafikini, davamiyyətini və növbələr üzrə iş bölgüsünü təşkil etmək;
  • Komandanın idarə olunmasını, adaptasiyasını, təlimini və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək;
  • Müştəri məmnuniyyətinə nəzarət etmək, şikayət və müraciətləri operativ həll etmək;
  • Qida təhlükəsizliyi, sanitariya, gigiyena və əməyin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
  • Kassa əməliyyatlarına, avadanlıqların və filialın maddi resurslarının qorunmasına nəzarət etmək;
  • Rəhbərliyə gündəlik və dövri hesabatlar təqdim etmək, müəyyən edilmiş hədəflərin icrasını təmin etmək.

Namizədə dair tələblər

Mütləq tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Restoran, ictimai iaşə və ya xidmət sahəsində 2–3 il iş təcrübəsi;
  • Ən azı 1 il idarəetmə və ya rəhbər vəzifədə təcrübə;
  • Restoran əməliyyatları, satış, anbar və komanda idarəçiliyi üzrə biliklər;
  • MS Office, xüsusilə Excel proqramı üzrə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət və hesabat hazırlamaq bacarığı.

Üstünlük hesab olunur:

  • Fast-food və ya şəbəkə restoranlarında iş təcrübəsi;
  • KPI və satış göstəriciləri əsasında idarəetmə təcrübəsi.

Namizəddən gözləntilər

  • Güclü liderlik və komandanı motivasiya etmək bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Məsuliyyətlilik, intizam və nəticəyönümlülük;
  • Stressə davamlılıq və dinamik iş mühitində işləmək bacarığı;
  • Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları;
  • Növbəli iş rejimində çalışmaq imkanı.

Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir.

İş prosesinin əsas istiqamətləri

  • Filialın gündəlik fəaliyyətinin planlaşdırılması → Növbələrin və komandanın təşkili → Əməliyyat və xidmət standartlarına nəzarət → Satış və məhsul göstəricilərinin izlənilməsi → Problemlərin həlli və nəticələrin təhlili → Hesabatlılıq və inkişaf tədbirləri

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

More jobs at Shaurma N1

Jobs at Shaurma N1