Skip to content
GoJob

Alman dili müəllimi — rus dilli (Junior, A1–A2)

Knight AcademyGerman teacher job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 8, 2026
Apply before
November 7, 2026
Category
Education

Education jobs in Baku

About this job

Knight Academy is hiring a German teacher in Baku. Full-time. Apply directly to the employer.

Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri

  • A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
  • Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə
  • Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması
  • Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş

Tələblər

  • Alman dili: minimum B2. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək
  • Rus dili: sərbəst ünsiyyət — dərsləri rusdilli tələbələrə də izah edə bilmək
  • Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı
  • Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
  • Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil
  • Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti

Üstünlük sayılır

  • Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet)
  • İngilis dili bilmək

Biz nə təklif edirik

  • Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
  • Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız

CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi (Junior, A1–A2).

More jobs at Knight Academy

Jobs at Knight Academy