Əsas məzmuna keç
GoJob

Alman dili müəllimi — rus dilli (Junior, A1–A2)

Knight AcademyBakıda alman dili müəllimi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
8 oktyabr 2026
Son müraciət tarixi
7 noyabr 2026
Kateqoriya
Təhsil

Bakı şəhərində Təhsil üzrə vakansiyalar

Vakansiya haqqında

Knight Academy Bakıda alman dili müəllimi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri

  • A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi
  • Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə
  • Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması
  • Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş

Tələblər

  • Alman dili: minimum B2. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək
  • Rus dili: sərbəst ünsiyyət — dərsləri rusdilli tələbələrə də izah edə bilmək
  • Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı
  • Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil
  • Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil
  • Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti

Üstünlük sayılır

  • Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet)
  • İngilis dili bilmək

Biz nə təklif edirik

  • Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək
  • Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız

CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi (Junior, A1–A2).

Knight Academy şirkətinin digər vakansiyaları

Knight Academy vakansiyaları