Anbarların İdarəedilməsi üzrə menecer
Grand-Agro MMCAnbarların idarəedilməsi üzrə menecer job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Volunteer
- Posted
- October 26, 2026
- Apply before
- November 25, 2026
- Category
- Logistics & Transport
About this job
Grand-Agro MMC is hiring for the role “Anbarların İdarəedilməsi üzrə menecer” in Baku. Volunteer. Apply directly to the employer.
Təsvir
- Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
- Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.
- Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.
- Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.
- Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
- Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar).
- Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.
- İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.
Texniki bacarıqlar
- Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.
- Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı.
- Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.
- 1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.
- Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
- Servislə təmin olunur
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.