Əsas məzmuna keç
GoJob

Anbarların İdarəedilməsi üzrə menecer

Grand-Agro MMCBakıda anbarların idarəedilməsi üzrə menecer vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Grand-Agro MMC Bakıda «Anbarların İdarəedilməsi üzrə menecer» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
  • Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.
  • Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək.
  • Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək.
  • Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
  • Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.

Tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar).
  • Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi.
  • İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər.

Texniki bacarıqlar

  • Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.
  • Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı.
  • Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər.
  • 1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı.
  • Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Servislə təmin olunur
  • Təlim dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Grand-Agro MMC şirkətinin digər vakansiyaları

Grand-Agro MMC vakansiyaları