Skip to content
GoJob

İsti Bölüm Aşpazı

GrouponeCook job in Baku

Salary: from 800 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 28, 2026
Apply before
November 27, 2026

Hospitality & Tourism jobs in Baku

About this job

Groupone is hiring a cook in Baku. Full-time, salary 800 AZN. Apply directly to the employer.

Əsas vəzifə öhdəlikləri

  • Avropa mətbəxinə aid isti yeməklərin təsdiq edilmiş reseptlərə və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək;
  • Ət, quş əti, balıq, tərəvəz, qarnirlər, souslar və digər isti yemək komponentlərinin düzgün hazırlanmasını həyata keçirmək;
  • Məhsulların ilkin emalını, porsiyalara bölünməsini və bişirilməyə hazırlanmasını müəyyən edilmiş standartlara uyğun icra etmək;
  • Yeməklərin dadına, görünüşünə, temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək;
  • Sifarişləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarını qorumaqla hazırlamaq;
  • Yeməklərin hazırlanması zamanı reseptlərə, porsiya ölçülərinə və təqdimat qaydalarına riayət etmək;
  • Mətbəxdə qida təhlükəsizliyi, sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək;
  • İş prosesində istifadə olunan avadanlıq və inventarların düzgün istismarını təmin etmək;
  • Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Mətbəx komandası ilə koordinasiyalı işləmək və xidmət zamanı sifarişlərin fasiləsiz hazırlanmasına dəstək olmaq.

Namizədə dair tələblər:

  • İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi;
  • Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları üzrə praktiki biliklər;
  • Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək bacarığı;
  • Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil olmaq;

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Növbəli
  • Əmək haqqı: 800-1000 Azn + tips 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Groupone

Jobs at Groupone