Layihələr və texniki işlər üzrə daxili audit
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Auditor job in Baku
Salary: from 1,500 ₼ / month
About this job
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) is hiring an auditor in Baku. Full-time, salary 1,500 AZN. Apply directly to the employer.
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
- Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
- Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
- Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
- Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
- Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
- Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;
- Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək;
- Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti, layihələrin idarə edilməsi, texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi;
- Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək;
- Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə malik olmaq;
- Hesabatın hazırlanması və yazılması bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.