Layihələr və texniki işlər üzrə daxili audit
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)Вакансия аудитора в Баку
Зарплата: от 1 500 ₼ / мес.
О вакансии
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) ищет аудитора в Баку. Полная занятость, зарплата 1 500 AZN. Отклик напрямую работодателю.
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
- Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
- Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
- Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
- Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
- Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
- Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;
- Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək;
- Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti, layihələrin idarə edilməsi, texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi;
- Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək;
- Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə malik olmaq;
- Hesabatın hazırlanması və yazılması bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Другие вакансии компании Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Вакансия сметчика в БакуDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Вакансия специалиста по закупкам в БакуDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Вакансия инженера-проектировщика в БакуDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Вакансия помощника руководителя в БакуDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı