Skip to content
GoJob
Back to jobs

Daxili auditor

Odontos LTDAuditor job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
November 17, 2026
Views
710
Applications
48
Apply before
December 17, 2026

Accounting & Audit jobs in Baku

About this job

Odontos LTD is hiring an auditor in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.

Odontos şirkəti “Daxili auditor” vakansiyası elan edir.  

İş haqqında məlumat:

  • Şirkətin bütün struktur bölmələrinin fəaliyyətinin daxili auditini həyata keçirmək;
  • Satış proseslərini, satış əməliyyatlarını və müştərilərlə hesablaşmaları yoxlamaq;
  • Satış sənədlərinin, müqavilələrin, sifarişlərin və fakturaların düzgünlüyünü yoxlamaq;
  • Satış qiymətlərinə, endirimlərə və satış şərtlərinə riayət olunmasına nəzarət etmək;
  • Satış planlarının icrasını və satış göstəricilərini təhlil etmək;
  • Anbar qalıqlarının, mal dövriyyəsinin və məhsul hərəkətinin yoxlanılmasında iştirak etmək;
  • Kassa əməliyyatlarını, ödənişləri və debitor borclarını yoxlamaq;
  • Şirkətin maliyyə və əməliyyat proseslərinin daxili prosedurlara uyğunluğunu qiymətləndirmək;
  • Mövcud riskləri və nöqsanları müəyyən etmək, onların aradan qaldırılması üçün təkliflər vermək;
  • Audit nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək.

İş şəraiti

  • İş saatı: 09:00-18:00
  • İş qrafiki – 6 gün (həftə içi - 09.00 - 18.00, şənbə günü – 09.00 – 14.00)

Namizədə qoyulan tələblər: 

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Daxili audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
  • Satış və anbar əməliyyatlarının yoxlanılması üzrə biliklər;
  • MS Excel və 1C proqramları üzrə biliklər;
  • Analitik düşünmə, diqqətlilik və problem həll etmə bacarığı;
  • Obyektivlik, məsuliyyətlilik və detallara diqqət.
  • Yaş: 25– 45
  • İş təcrübəsi: 3 ildən çox

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Odontos LTD

Jobs at Odontos LTD