Videoqraf / Mobilqraf
Odontos LTDVideographer job in Baku
Salary: No salary given
- Location
- Bakı, Nərimanov
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 17, 2026
- Views
- 636
- Applications
- 51
- Apply before
- December 17, 2026
- Category
- Design, Photo & Video
About this job
Odontos LTD is hiring a videographer in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.
“ODONTOS” MMC “Videoqraf / Mobilqraf” vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri
- Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ video kontentlərin hazırlanması;
- Reels, Stories, reklam və tanıtım videolarının çəkilişi;
- Peşəkar kamera və mobil telefon vasitəsilə keyfiyyətli çəkilişlərin həyata keçirilməsi;
- Çəkilmiş videoların montajı, rəng korreksiyası və səs effektlərinin əlavə edilməsi;
- Kreativ çəkiliş ideyalarının hazırlanması və həyata keçirilməsi;
- Sosial media trendlərinin izlənilməsi və kontentlərdə tətbiqi;
- Marketinq və SMM komandası ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
- Videoqrafiya və ya mobilqrafiya sahəsində minimum 1 il iş təcrübəsi;
- Peşəkar kamera və mobil çəkiliş texnikalarını bilmək;
- CapCut, Adobe Premiere Pro, After Effects və ya digər montaj proqramlarında işləmək bacarığı;
- İşıqlandırma, kadr kompozisiyası və çəkiliş bucaqları haqqında biliklər;
- Sosial media platformalarının video formatları və aktual trendləri haqqında məlumatlı olmaq;
- Kreativ düşüncə və vizual zövq;
- Operativ, məsuliyyətli və detallara diqqətli olmaq;
- Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Reklam və kommersiya çəkilişlərində təcrübə; (üstünlükdür)
- Ssenari və kontent ideyalarının hazırlanmasında təcrübə.
- Motion Graphics (üstünlükdür)
İş şəraiti
- İş saatı: 09:00-18:00
- İş qrafiki – 6 gün (həftə içi - 09.00 - 18.00, şənbə günü – 09.00 – 14.00)
Tələblər
- Yaş: 25– 45
- İş təcrübəsi: 1-3 ilədək
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
- Peşəkar komanda və karyera yüksəlişi imkanları;
- Çəkliş avadanlıqları şirkət tərəfidən təmin olunur.
- Korporativ nömrə
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Videoqraf / Mobilqraf” qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyi xahiş olunur.