Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik)
Azerbaijan AirlinesSpecialist (Engineering & Technical) job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- November 27, 2026
- Views
- 630
- Applications
- 54
- Apply before
- December 27, 2026
- Category
- Engineering & Technical
About this job
Azerbaijan Airlines is hiring for the role “specialist (Engineering & Technical)” in Baku. Full-time, on-site. Apply online, directly to the employer.
Təsvir
Milli Aviasiya Akademiyası Azərbaycan Hava Yolları (AZAL), Silk Way, ADA Universiteti, ABŞ-ın Spartan Aeronavtika və Texnologiya Kolleci və ALG Nəqliyyat şirkəti ilə birgə əməkdaşlıqda ikiillik beynəlxalq təhsil proqramına qəbul elan edir. Proqramı uğurla başa vuran məzunlar Spartan Kolleci tərəfindən Aviasiya Texniki Xidməti Texnologiyası sahəsində diplom əldə etməklə yanaşı, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Təyyarə Gövdəsi və Mühərriki (Airframe & Powerplant – A&P) üzrə imtahanı verərək beynəlxalq sertifikat qazanırlar.
Proqramın əsas məqsədi Azərbaycanın inkişaf edən aviasiya sektoru üçün yüksək ixtisaslı texniki mütəxəssislər hazırlamaqdır. Proqramın ilk iştirakçıları artıq 16 noyabr 2026-cı il tarixində təhsilə başlamışlar.
Bu təhsil proqramı ingilis dilində, onlayn və əyani tədris formatlarını əhatə etməklə Azərbaycanda və ABŞ-da həyata keçirilir.
Proqramın Strukturu
Akademik və peşəkar məqsədlər üçün ingilis dili hazırlığı (10 həftə):İngilis dilində tədris olunanixtisas proqramına hazırlıq məqsədilə proqram iştirakçılarına ADA Universiteti tərəfindən intensiv akademik ve peşakar ingilis dili proqramı tədris olunur. Bu mərhələnin sonunda iştirakçılar TOEFL imtahanı verməli və minimum 65 bal (3.5 səviyyəsinə uyğun) nəticə əldə etməlidirlər.
- Nəzəri biliklər komponenti (4–16-cı aylar): İxtisas proqramının ilk 13 ayı ərzində nəzəri dərslər Azərbaycanda, Spartan Kolleci tərəfindən sinxron onlayn formatda tədris olunur. Eyni zamanda, onlayn tədris prosesi Milli Aviasiya Akademiyasında Spartan Kollecinin müəllim heyətinin iştirakı ilə keçirilən əlavə əyani dərslərlə dəstəklənir.
- ABŞ-da praktiki bilik və bacarıqlar komponenti (17-24-cı aylar): Proqramın son 8 ayında iştirakçılar təhsillərini ABŞ-da, Spartan Kollecində davam etdirərək praktiki bilik və bacarıqlar əldə edir və proqramı yekunlaşdırırlar. FAA A&P sertifikatı üzrə imtahanlara buraxılmaq üçün proqramın həm onlayn, həm də praktiki mərhələlərini uğurla başa vurmaq tələb olunur.
- İngilis dili proqramının 14 dekabr və ixtisas proqramının isə 15 mart tarixlərində başlaması nəzərdə tutulur.
- Təhsil haqqı: Təhsil xərcləri tam qarşılanır. İştirakçılar proqrama qəbul olunduqdan sonra AZAL və ya Silk Way-də işlə təmin olunurlar.
Tələblər
- Tam orta təhsil;
- Minimum B1 İngilis dili səviyyəsi;
- Namizədin texniki sahəyə və proqrama marağını izah edən qısa motivasiya məktubu və CV;
- ABŞ-da 8 aylıq təhsil müddətini əhatə edən etibarlı xarici pasport İngilis dili hazırlıq proqramı başa çatanadək əldə edilməlidir.
Qeyd: Proqram iştirakçıları ABŞ tələbə vizası tələblərini qarşılamalıdır
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
More jobs at Azerbaijan Airlines
Planning engineer job in BakuAzerbaijan Airlines, Bakı
Engineer job in BakuAzerbaijan Airlines, Bakı
Specialist (Engineering & Technical) job in BakuAzerbaijan Airlines, Bakı
Specialist (Engineering & Technical) job in BakuAzerbaijan Airlines, Bakı
About Azerbaijan Airlines
- Open jobs
- 7
- Last 6 months
- 59
- Main city
- Baku
Who they hire
- civil engineer
- engineer
- planning engineer
- specialist
Azerbaijan Airlines jobs: 7 open jobs on GoJob right now, most of them in Baku. The company most often hires for civil engineer, engineer, planning engineer and specialist. Over the last 6 months, working at Azerbaijan Airlines was offered in 59 job posts. All Azerbaijan Airlines careers openings are on the company page.
All Azerbaijan Airlines jobs (7)Questions about the Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik) job
What are the hours?
Employment: Full time.
Can I work remotely?
No, the job is on site.
Where is the job?
Bakı.
How do I apply?
Press “Apply”: you will go to the application page.