Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik)
Azerbaijan AirlinesBakıda aviasiya texniki xidmət texnologiyası üzrə beynəlxalq təhsil proqramı vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 noyabr 2026
- Baxış
- 630
- Müraciət
- 54
- Son müraciət tarixi
- 27 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Azerbaijan Airlines Bakıda «Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət onlayn, birbaşa işəgötürənə.
Təsvir
Milli Aviasiya Akademiyası Azərbaycan Hava Yolları (AZAL), Silk Way, ADA Universiteti, ABŞ-ın Spartan Aeronavtika və Texnologiya Kolleci və ALG Nəqliyyat şirkəti ilə birgə əməkdaşlıqda ikiillik beynəlxalq təhsil proqramına qəbul elan edir. Proqramı uğurla başa vuran məzunlar Spartan Kolleci tərəfindən Aviasiya Texniki Xidməti Texnologiyası sahəsində diplom əldə etməklə yanaşı, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) Təyyarə Gövdəsi və Mühərriki (Airframe & Powerplant – A&P) üzrə imtahanı verərək beynəlxalq sertifikat qazanırlar.
Proqramın əsas məqsədi Azərbaycanın inkişaf edən aviasiya sektoru üçün yüksək ixtisaslı texniki mütəxəssislər hazırlamaqdır. Proqramın ilk iştirakçıları artıq 16 noyabr 2026-cı il tarixində təhsilə başlamışlar.
Bu təhsil proqramı ingilis dilində, onlayn və əyani tədris formatlarını əhatə etməklə Azərbaycanda və ABŞ-da həyata keçirilir.
Proqramın Strukturu
Akademik və peşəkar məqsədlər üçün ingilis dili hazırlığı (10 həftə):İngilis dilində tədris olunanixtisas proqramına hazırlıq məqsədilə proqram iştirakçılarına ADA Universiteti tərəfindən intensiv akademik ve peşakar ingilis dili proqramı tədris olunur. Bu mərhələnin sonunda iştirakçılar TOEFL imtahanı verməli və minimum 65 bal (3.5 səviyyəsinə uyğun) nəticə əldə etməlidirlər.
- Nəzəri biliklər komponenti (4–16-cı aylar): İxtisas proqramının ilk 13 ayı ərzində nəzəri dərslər Azərbaycanda, Spartan Kolleci tərəfindən sinxron onlayn formatda tədris olunur. Eyni zamanda, onlayn tədris prosesi Milli Aviasiya Akademiyasında Spartan Kollecinin müəllim heyətinin iştirakı ilə keçirilən əlavə əyani dərslərlə dəstəklənir.
- ABŞ-da praktiki bilik və bacarıqlar komponenti (17-24-cı aylar): Proqramın son 8 ayında iştirakçılar təhsillərini ABŞ-da, Spartan Kollecində davam etdirərək praktiki bilik və bacarıqlar əldə edir və proqramı yekunlaşdırırlar. FAA A&P sertifikatı üzrə imtahanlara buraxılmaq üçün proqramın həm onlayn, həm də praktiki mərhələlərini uğurla başa vurmaq tələb olunur.
- İngilis dili proqramının 14 dekabr və ixtisas proqramının isə 15 mart tarixlərində başlaması nəzərdə tutulur.
- Təhsil haqqı: Təhsil xərcləri tam qarşılanır. İştirakçılar proqrama qəbul olunduqdan sonra AZAL və ya Silk Way-də işlə təmin olunurlar.
Tələblər
- Tam orta təhsil;
- Minimum B1 İngilis dili səviyyəsi;
- Namizədin texniki sahəyə və proqrama marağını izah edən qısa motivasiya məktubu və CV;
- ABŞ-da 8 aylıq təhsil müddətini əhatə edən etibarlı xarici pasport İngilis dili hazırlıq proqramı başa çatanadək əldə edilməlidir.
Qeyd: Proqram iştirakçıları ABŞ tələbə vizası tələblərini qarşılamalıdır
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Azerbaijan Airlines şirkətinin digər vakansiyaları
Bakıda planlama mühəndisi vakansiyasıAzerbaijan Airlines, Bakı
Bakıda mühəndis vakansiyasıAzerbaijan Airlines, Bakı
Bakıda hava limanları infrastrukturu idarəsi vakansiyasıAzerbaijan Airlines, Bakı
Bakıda hava limanlarının infrastrukturu idarəsi vakansiyasıAzerbaijan Airlines, Bakı
Azerbaijan Airlines haqqında
- Aktiv vakansiya
- 7
- Son 6 ayda
- 59
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- inşaat mühəndisi
- mühəndis
- planlama mühəndisi
- mütəxəssis
Azerbaijan Airlines vakansiyaları: hazırda GoJob-da 7 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən inşaat mühəndisi, mühəndis, planlama mühəndisi və mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Azerbaijan Airlines şirkətində iş üçün 59 vakansiya dərc olunub. Azerbaijan Airlines işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Azerbaijan Airlines: bütün vakansiyalar (7)«Aviasiya Texniki Xidmət Texnologiyası üzrə beynəlxalq təhsil proqramı (B1 - Texnik)» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: müraciət səhifəsinə keçəcəksiniz.