Biznes Analitik / Business Analyst (Internet Banking)
Proxima TechBusiness analyst job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 23, 2026
- Apply before
- November 22, 2026
- Category
- Information Technology
About this job
Proxima Tech is hiring a business analyst in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Bankın mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı təhlilini aparmaq.
- Mövcud internet bankçılıq xidmətində istifadə olunan servisləri, onların iş prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq.
- Servislərə göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini, məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək.
- Servislərin uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini toplamaq, təhlil etmək və texniki sənədləşdirməsini həyata keçirmək.
- Servislərin funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək.
- Mövcud internet bankçılıq xidmətinin təhlili əsasında yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq.
- Yeni internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və proqram təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin etmək.
- Hazırlanmış funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək, funksional testləri icra etmək.
- Sistemin gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqları və xətaları sənədləşdirmək.
- Aşkar edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək, onların aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək.
- Funksional tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin etmək, zəruri hallarda sənədləri yeniləmək.
- Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqinə və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq.
İlkin mərhələdə hazırlanacaq aşağıdakı funksionallıqlar üzrə tələblərin təhlilini və test prosesini həyata keçirmək:
- Login və autentifikasiya
- Hesabların görüntülənməsi və izlənilməsi
- Pul köçürmələri (transferlər)
- Əməliyyatların təsdiqlənməsi
Əsas tələb olunan bilik və bacarıqlar
- Biznes analizi və funksional tələblərin hazırlanması üzrə biliklər.
- REST API və HTTP protokolları, request/response strukturları ilə işləmək bacarığı.
- JSON və XML məlumat formatları üzrə biliklər.
- Postman və ya oxşar API test alətlərindən istifadə təcrübəsi.
- API sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması bacarığı.
- Test ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin icrası üzrə biliklər.
- SQL və verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür.
- Bank məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür.
- Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.