Biznes Analitik
NBCO KredAqroBusiness analyst job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 28, 2026
- Apply before
- November 27, 2026
- Category
- Information Technology
About this job
NBCO KredAqro is hiring a business analyst in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Proseslərin optimallaşdırılması: Borcların tutulma müddətini (Time-to-Recovery) azaltmaq məqsədilə biznes-proseslərin davamlı təkmilləşdirilməsi və gündəlik əməliyyatların (reyestrlərin ixracı, sənəd şablonlarının hazırlanması) avtomatlaşdırılması.
- Hesabatlılıq: Portfelin cari vəziyyəti, pul vəsaitlərinin daxilolmaları üzrə proqnozlar (Cash Flow) və şöbənin fəaliyyətinin effektivliyi barədə rəhbərliyə müntəzəm (həftəlik/aylıq) hesabatların hazırlanması və təqdim edilməsi.
- Metodologiya: Daxili reqlamentlərin, təlimatların və sənəd şablonlarının hazırlanması.
- Xarici podratçılarla iş: Cəlb olunduğu halda, kənar hüquq şirkətlərinin və kollektor agentliklərinin fəaliyyətinə nəzarət edilməsi və effektivliyinin qiymətləndirilməsi (autsorsinq).
- Portfelin təhlili: Borcluların borcun tutulması perspektivlərinə uyğun olaraq seqmentləşdirilməsi.
- Hüquqi alətin seçilməsi: Hər bir iş üzrə optimal hüquqi mexanizmin müəyyən edilməsi: notariusun icra qeydi və ya məhkəməyə müraciət.
- Qarşı tərəflərin yoxlanılması: Borcun tutulmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün borcluların əmlak vəziyyətinin yoxlanılması prosesinin təşkili və məlumatların yoxlanılması məqsədilə əlavə mənbələrdən istifadə edilməsi.
Tələblər
- Rus dili biliyi.
- Danışıqlar aparmaq bacarığı.
- Maliyyə sektorunda biznes-proseslərin təhlili üzrə iş təcrübəsi (borcların tutulması sahəsində ixtisaslaşma üstünlükdür).
- İT bölməsi üçün biznes tələblərinin (BT) təsviri və formalaşdırılması üzrə təcrübə.
- Portfel analitikası üzrə təcrübə (seqmentləşdirmə, prioritetlərin müəyyən edilməsi və strategiyanın seçilməsi).
- Excel proqramından sərbəst istifadə bacarığı.
- Proaktivlik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.