Skip to content
GoJob

Brand Face

Prior LeasingBrand face job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
October 9, 2026
Apply before
November 8, 2026
Category
Marketing

Marketing jobs in Baku

About this job

Prior Leasing is hiring for the role “Brand Face” in Baku (Narimanov district). Full-time. Apply directly to the employer.

Prior Leasing şirkəti komandamıza qoşulacaq, ünsiyyət bacarığı və təqdimat qabiliyyəti ilə seçilən Brand Face axtarır!

Namizədə tələblər

  • Kamera qarşısında  çıxış etmək bacarığı
  • Aparıcılıq, jurnalistika,  reklam və ya media sahəsində təcrübə arzuolunandır
  • Azərbaycan dilində səlis, aydın və düzgün nitq
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müxtəlif auditoriyalar, xüsusilə fermerlər və region sakinləri ilə effektiv kommunikasiya qurmaq bacarığı
  • Rayonlara mütəmadi ezamiyyətlərə hazır olmaq
  • Çevik iş qrafikinə, o cümlədən həftəsonu tədbirlərinə uyğunlaşmaq bacarığı
  • Səliqəli və peşəkar görünüş
  • Sosial media platformaları və müasir kontent trendləri haqqında məlumatlı olmaq.

Vəzifə öhdəlikləri

  • Şirkətin brend siması kimi reklam, sosial media və korporativ videolarda iştirak etmək
  • Rayonlara ezamiyyətlər zamanı fermerlər və tərəfdaşlarla görüşlər, müsahibələr və reportajlar aparmaq
  • Şirkətin məhsul və xidmətlərini təqdim etmək
  • Sərgi, festival,  və  tədbirlərdə şirkəti təmsil etmək və aparıcılıq etmək
  • Sosial media platformaları üçün qısa formatlı kontentlərin çəkilişində iştirak etmək
  • Marketinq komandası və videoqrafla birgə kontent ideyalarının hazırlanmasına töhfə vermək
  • Çəkiliş və tədbirlər zamanı şirkətin brend üslubuna və kommunikasiya qaydalarına riayət etmək.

İş şərtləri

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brand Face” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2630&source=UC_65TIFH linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.

More jobs at Prior Leasing

Jobs at Prior Leasing