Brand Face
Prior LeasingBakıda brand face vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 9 oktyabr 2026
- Son müraciət tarixi
- 8 noyabr 2026
- Kateqoriya
- Marketinq
Vakansiya haqqında
Prior Leasing Bakının Nərimanov rayonunda «Brand Face» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Prior Leasing şirkəti komandamıza qoşulacaq, ünsiyyət bacarığı və təqdimat qabiliyyəti ilə seçilən Brand Face axtarır!
Namizədə tələblər
- Kamera qarşısında çıxış etmək bacarığı
- Aparıcılıq, jurnalistika, reklam və ya media sahəsində təcrübə arzuolunandır
- Azərbaycan dilində səlis, aydın və düzgün nitq
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Müxtəlif auditoriyalar, xüsusilə fermerlər və region sakinləri ilə effektiv kommunikasiya qurmaq bacarığı
- Rayonlara mütəmadi ezamiyyətlərə hazır olmaq
- Çevik iş qrafikinə, o cümlədən həftəsonu tədbirlərinə uyğunlaşmaq bacarığı
- Səliqəli və peşəkar görünüş
- Sosial media platformaları və müasir kontent trendləri haqqında məlumatlı olmaq.
Vəzifə öhdəlikləri
- Şirkətin brend siması kimi reklam, sosial media və korporativ videolarda iştirak etmək
- Rayonlara ezamiyyətlər zamanı fermerlər və tərəfdaşlarla görüşlər, müsahibələr və reportajlar aparmaq
- Şirkətin məhsul və xidmətlərini təqdim etmək
- Sərgi, festival, və tədbirlərdə şirkəti təmsil etmək və aparıcılıq etmək
- Sosial media platformaları üçün qısa formatlı kontentlərin çəkilişində iştirak etmək
- Marketinq komandası və videoqrafla birgə kontent ideyalarının hazırlanmasına töhfə vermək
- Çəkiliş və tədbirlər zamanı şirkətin brend üslubuna və kommunikasiya qaydalarına riayət etmək.
İş şərtləri
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brand Face” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2630&source=UC_65TIFH linki vasitəsi ilə müraciət etmələri xahiş olunur.