Skip to content
GoJob

Briqada üzvü (Mətbəx)

Pizza Mizza MMCBriqada üzvü job in Baku

Salary: 500 ₼ / month

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
August 26, 2026
Apply before
October 17, 2026

Hospitality & Tourism jobs in Baku

About this job

Pizza Mizza MMC is hiring for the role “Briqada üzvü” in Baku. Full-time, salary 500 AZN. Apply directly to the employer.

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
  2. 6 günlük (növbəli) iş qrafiki
  3. 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
  4. Nahar şirkət tərəfindən təmin edilir
  5. Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Vəzifə öhdəlikləri

  1. Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
  2. Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
  3. Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
  4. Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
  5. Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
  6. Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına şərtsiz əməl olunması
  7. Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
  8. Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
  9. Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
  10. Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək

Tələblər

  1. Orta və ya ali təhsil
  2. Yaş həddi 18 – 35 aralığı
  3. Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
  4. Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
  5. Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
  6. Karyera yüksəlişinə maraq və inkişaf istəyi

More jobs at Pizza Mizza MMC

Jobs at Pizza Mizza MMC