Əsas məzmuna keç
GoJob

Briqada üzvü (Mətbəx)

Pizza Mizza MMCBakıda briqada üzvü vakansiyası

Maaş: 500 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 avqust 2026
Son müraciət tarixi
17 oktyabr 2026

Bakı şəhərində Turizm, Otel və Restoran üzrə vakansiyalar

Vakansiya haqqında

Pizza Mizza MMC Bakıda «Briqada üzvü» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
  2. 6 günlük (növbəli) iş qrafiki
  3. 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
  4. Nahar şirkət tərəfindən təmin edilir
  5. Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı

Vəzifə öhdəlikləri

  1. Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
  2. Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
  3. Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
  4. Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
  5. Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
  6. Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına şərtsiz əməl olunması
  7. Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
  8. Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
  9. Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
  10. Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək

Tələblər

  1. Orta və ya ali təhsil
  2. Yaş həddi 18 – 35 aralığı
  3. Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
  4. Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
  5. Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
  6. Karyera yüksəlişinə maraq və inkişaf istəyi

Pizza Mizza MMC şirkətinin digər vakansiyaları

Pizza Mizza MMC vakansiyaları