Skip to content
GoJob
Back to jobs

Elektrik mühəndisi

Facility Management GroupElectrical engineer job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 26, 2026
Views
701
Applications
37
Apply before
December 26, 2026

Engineering & Technical jobs in Baku

About this job

Facility Management Group is hiring an electrical engineer in Baku. Full-time, on-site. Apply by email, directly to the employer.

Təsvir:

Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Tikinti sahəsində elektrik sistemlərinin layihələndirmə məlumatlarını analiz edəcək, sahəyə tətbiqinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğuna nəzarət edəcək Elektrik mühəndisi axtarırıq.

Bu rol layihələndirmə prosesinə texniki dəstəyin verilməsinə, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərinin yoxlanılmasına, sınaq və təhvil-təslim proseslərində iştiraka, həmçinin elektrik sistemləri üzrə sənəd dövriyyəsinin və məlumat mübadiləsinin düzgün idarə edilməsinə cavabdeh olacaq.

Bu vəzifədə uğur qazanmaq üçün elektrik mühəndisliyi üzrə bilikləri praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək dəqiqliklə izləmək, texniki həll yolları təqdim etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.

Əsas öhdəliklər:

Layihələndirmə təhlili və texniki rəy

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək.
  • Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək.

Sahə nəzarəti, uyğunluq və təhvil-təslim

  • Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək.
  • Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq.
  • İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.

Sənəd dövriyyəsi və komanda əməkdaşlığı

  • Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun həyata keçirilməsini təmin etmək.
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.

Tələblər

  • Elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi və ya digər müvafiq texniki ixtisaslar üzrə ali təhsil;
  • Tikinti və layihələrin idarə olunması sahəsində elektrik mühəndisi kimi minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının yerli normativ aktları, eləcə də elektrik təchizatı və təhlükəsizliyi üzrə beynəlxalq standartları (IEC, IEEE və s.) dərindən bilmək və tətbiq etmək bacarığı;
  • Elektrik sistemlərinin layihə sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini (BOQ) analiz etmək, tikinti-quraşdırma və sınaq-sazlama (testing & commissioning) işlərinə nəzarət etmək, həmçinin büdcə və texniki həllərin optimallaşdırılması üzrə ekspert rəyi vermək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; elektron sənəd dövriyyəsi platformaları, xüsusilə ORACLE Aconex sistemi üzrə biliklər;
  • Analitik düşüncə və detallara yüksək diqqətlilik, layihə tərəfləri ilə effektiv ünsiyyət və komanda daxilində koordinasiyalı işləmək bacarığı;
  • Texniki problemlərə operativ və optimal həll yolları təqdim etmək səriştəsi, davamlı peşəkar inkişafa meyillilik.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də tikinti layihələrinin elektrik sistemlərinə nəzarət etmək və peşəkar texniki həllər tətbiq etmək imkanı
  • Rəqabətli əməkhaqqı və bonus
  • Geniş təminatlı tibbi sığorta
  • Korporativ loyallıq proqramına üzvlük

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

More jobs at Facility Management Group

Jobs at Facility Management Group

About Facility Management Group

Open jobs
10
Last 6 months
19
Main city
Baku

Who they hire

  • architect
  • coordinator
  • electrical engineer
  • IT support specialist
  • mechanical engineer

Facility Management Group jobs: 10 open jobs on GoJob right now, most of them in Baku. The company most often hires for architect, coordinator, electrical engineer, IT support specialist and mechanical engineer. Over the last 6 months, working at Facility Management Group was offered in 19 job posts. All Facility Management Group careers openings are on the company page.

All Facility Management Group jobs (10)

Questions about the Elektrik mühəndisi job

What are the hours?

Employment: Full time.

Can I work remotely?

No, the job is on site.

Where is the job?

Bakı.

How do I apply?

Press “Apply”: the company's email opens, send your CV there.