Elektrik mühəndisi
Facility Management GroupBakıda elektrik mühəndisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 noyabr 2026
- Baxış
- 701
- Müraciət
- 37
- Son müraciət tarixi
- 26 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Facility Management Group Bakıda elektrik mühəndisi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Tikinti sahəsində elektrik sistemlərinin layihələndirmə məlumatlarını analiz edəcək, sahəyə tətbiqinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğuna nəzarət edəcək Elektrik mühəndisi axtarırıq.
Bu rol layihələndirmə prosesinə texniki dəstəyin verilməsinə, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərinin yoxlanılmasına, sınaq və təhvil-təslim proseslərində iştiraka, həmçinin elektrik sistemləri üzrə sənəd dövriyyəsinin və məlumat mübadiləsinin düzgün idarə edilməsinə cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün elektrik mühəndisliyi üzrə bilikləri praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək dəqiqliklə izləmək, texniki həll yolları təqdim etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Layihələndirmə təhlili və texniki rəy
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və elektrik sistemlərinin sahəyə tətbiqi barədə hesabat təqdim etmək.
- Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək.
Sahə nəzarəti, uyğunluq və təhvil-təslim
- Tikinti sahəsində elektrik sistemlərinin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək.
- Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq.
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
Sənəd dövriyyəsi və komanda əməkdaşlığı
- Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun həyata keçirilməsini təmin etmək.
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək.
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika mühəndisliyi və ya digər müvafiq texniki ixtisaslar üzrə ali təhsil;
- Tikinti və layihələrin idarə olunması sahəsində elektrik mühəndisi kimi minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının yerli normativ aktları, eləcə də elektrik təchizatı və təhlükəsizliyi üzrə beynəlxalq standartları (IEC, IEEE və s.) dərindən bilmək və tətbiq etmək bacarığı;
- Elektrik sistemlərinin layihə sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini (BOQ) analiz etmək, tikinti-quraşdırma və sınaq-sazlama (testing & commissioning) işlərinə nəzarət etmək, həmçinin büdcə və texniki həllərin optimallaşdırılması üzrə ekspert rəyi vermək bacarığı;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; elektron sənəd dövriyyəsi platformaları, xüsusilə ORACLE Aconex sistemi üzrə biliklər;
- Analitik düşüncə və detallara yüksək diqqətlilik, layihə tərəfləri ilə effektiv ünsiyyət və komanda daxilində koordinasiyalı işləmək bacarığı;
- Texniki problemlərə operativ və optimal həll yolları təqdim etmək səriştəsi, davamlı peşəkar inkişafa meyillilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də tikinti layihələrinin elektrik sistemlərinə nəzarət etmək və peşəkar texniki həllər tətbiq etmək imkanı
- Rəqabətli əməkhaqqı və bonus
- Geniş təminatlı tibbi sığorta
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Facility Management Group şirkətinin digər vakansiyaları
Bakıda binaların idarə edilməsi üzrə menecer vakansiyasıFacility Management Group, Bakı
Bakıda mexanika mühəndisi vakansiyasıFacility Management Group, Bakı
Bakıda satınalma üzrə mütəxəssis vakansiyasıFacility Management Group, Bakı
Bakıda istismar üzrə menecer vakansiyasıFacility Management Group, Bakı
Oxşar vakansiyalar
Bakıda elektrik mühəndisi vakansiyasıAzinvest İnşaat, Bakı, Səbail- Bakıda elektrik mühəndisi vakansiyasıRavy Property, Bakı
Bakıda elektrik mühəndisi vakansiyasıAzInTelecom MMC, Bakı
Bakıda elektrik mühəndisi vakansiyasıSigma Technical Services, Bakı
Bakıda elektrik mühəndisi vakansiyasıPMD Group MMC, Bakı
Facility Management Group haqqında
- Aktiv vakansiya
- 10
- Son 6 ayda
- 19
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- memar
- koordinator
- elektrik mühəndisi
- texniki dəstək üzrə mütəxəssis
- mexanika mühəndisi
Facility Management Group vakansiyaları: hazırda GoJob-da 10 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən memar, koordinator, elektrik mühəndisi, texniki dəstək üzrə mütəxəssis və mexanika mühəndisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Facility Management Group şirkətində iş üçün 19 vakansiya dərc olunub. Facility Management Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Facility Management Group: bütün vakansiyalar (10)«Elektrik mühəndisi» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.