Skip to content
GoJob

Əmək haqqı üzrə mühasib/Aparıcı mühasib

Green City Resort & ResidencePayroll specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
October 19, 2026
Apply before
November 18, 2026

Finance & Banking jobs in Baku

About this job

Green City Resort & Residence is hiring a payroll specialist in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri:

  • İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
  • İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
  • Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
  • Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
  • Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
  • İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
  • Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
  • Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
  • Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
  • Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
  • Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
  • İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması;
  • İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
  • Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel)
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
  • Məsuliyyət və məxfilik prinsiplərinə riayət.
  • Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
  • Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər;

İş şəraiti:

  • Əmək haqqı: namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki - 5 günlük
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Nahar  şirkət tərəfindən təmin olunur.
  • Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi.

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Əlaqə - 010 334 17 47

More jobs at Green City Resort & Residence

Jobs at Green City Resort & Residence