Əmək haqqı üzrə mühasib/Aparıcı mühasib
Green City Resort & ResidenceВакансия специалиста по расчёту заработной платы в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 19 октября 2026 г.
- Приём заявок до
- 18 ноября 2026 г.
- Категория
- Финансы и банковское дело
Вакансии в категории «Финансы и банковское дело» в городе Баку
О вакансии
Green City Resort & Residence ищет специалиста по расчёту заработной платы в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri:
- İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
- İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
- Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
- Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
- Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
- İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
- Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
- Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
- Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
- Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
- Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
- İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması;
- İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
- Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel)
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
- Məsuliyyət və məxfilik prinsiplərinə riayət.
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
- Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər;
İş şəraiti:
- Əmək haqqı: namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki - 5 günlük
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Nahar şirkət tərəfindən təmin olunur.
- Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Əlaqə - 010 334 17 47