Skip to content
GoJob

Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi

Fairmont BakuƏməyin mühafizəsi və HACCP üzrə inzibati köməkçi job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 3, 2026
Apply before
December 3, 2026

Engineering & Technical jobs in Baku

About this job

Fairmont Baku is hiring for the role “Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi” in Baku. Full-time. Apply directly to the employer.

Vəzifə öhdəlikləri

  • Əməyin mühafizəsi və təhlükəsizlik departamentinin gündəlik fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək;
  • Yeni işə qəbul edilmiş əməkdaşlar üçün ilkin giriş təlimatlarının təşkilində, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsində iştirak etmək;
  • Əməkdaşların qanunvericiliklə nəzərdə tutulmuş tibbi müayinələrinin vaxtında təşkilinə dəstək göstərmək;
  • İş yerlərində təhlükəli vəziyyətlərin və təhlükəsizlik tələblərinə uyğunsuzluqların müəyyən edilməsi, aidiyyəti şəxslərə bildirilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sənədlərin toplanması, qeydiyyatı və araşdırılması prosesinə inzibati dəstək göstərmək;
  • Fərdi mühafizə vasitələrinin, xüsusi geyim və ayaqqabıların uçotunun aparılmasına və düzgün istifadəsinə nəzarət prosesinə dəstək göstərmək;
  • Əməyin mühafizəsi üzrə qeydiyyat jurnallarının, hesabatların, aktların və digər sənədlərin hazırlanmasını, yenilənməsini və sistemləşdirilməsini həyata keçirmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və fövqəladə hallara hazırlıq üzrə maarifləndirmə və profilaktik tədbirlərin təşkilində iştirak etmək;
  • Otelin ərazisində ekoloji təhlükəsizlik, tullantıların idarə olunması və ətraf mühitin qorunması üzrə tədbirlərə dəstək göstərmək;
  • HACCP sistemi çərçivəsində qida təhlükəsizliyi prosedurlarının tətbiqinə, monitorinq formalarının, yoxlama vərəqlərinin və qeydiyyat jurnallarının aparılmasına dəstək göstərmək;
  • Qida təhlükəsizliyi üzrə əməkdaşların məlumatlandırılması və təlimatlandırılması prosesində iştirak etmək;
  • 1C proqramı vasitəsilə müvafiq məlumatların sistemə daxil edilməsini və işlənməsini həyata keçirmək;
  • Davamiyyət cədvəllərinin, iş qrafiklərinin və məzuniyyət planlarının hazırlanmasına, eləcə də departamentin işə qəbul və digər inzibati proseslərinə dəstək göstərmək;
  • Departamentin sənədlərinin məxfiliyinin qorunmasını, düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri yaxşı səviyyədə bilmək (şifahi və yazılı)
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində ilkin biliklər;
  • Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə normativ sənədlər haqqında ümumi məlumatlılıq;
  • HACCP və qida təhlükəsizliyi prinsipləri barədə biliklər üstünlükdür;
  • MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı;
  • 1C proqramı üzrə bilik və təcrübə üstünlükdür;
  • Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
  • Yüksək təşkilatçılıq, diqqətlilik və məsuliyyətlilik;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Operativlik, təşəbbüskarlıq və detallara diqqət.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Fairmont Baku

Jobs at Fairmont Baku