Skip to content
GoJob
Back to jobs

Full Stack Developer

BERC GroupFull stack developer job in Baku

Salary: No salary given

Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
680
Applications
25
Apply before
December 19, 2026

Information Technology jobs in Baku

About this job

BERC Group is hiring a full stack developer in Baku (Nasimi district). Full-time. Apply directly to the employer.

BERC Group MMC Komandamıza müasir veb texnologiyaları, Cloud infrastrukturu, Microservices Architecture və AI əsaslı development alətləri ilə işləməyi bacaran ”Full Stack Developer” axtarırıq.

Namizəd yalnız kod yazmaqla kifayətlənməməli, həm də proqram təminatının arxitekturasını planlaşdırmaq, miqyaslana bilən (scalable), təhlükəsiz və yüksək performanslı sistemlər qurmaq bacarığına malik olmalıdır.

İş barədə məlumat:

  • Full Stack veb tətbiqlərinin hazırlanması və inkişaf etdirilməsi
  • Scalable və maintainable software architecture dizaynı
  • Microservices əsaslı backend sistemlərinin qurulması
  • Frontend və backend komponentlərinin inteqrasiyası
  • Cloud infrastrukturu üzərində tətbiqlərin deployment və idarə edilməsi
  • Database strukturlarının layihələndirilməsi və optimallaşdırılması
  • AI coding alətlərini development prosesinə inteqrasiya etmək
  • Code Review, Testing və Technical Documentation
  • Texniki qərarların qəbulunda və sistem arxitekturasının inkişafında iştirak

Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:

  • AI vasitəsilə sürətli kod yazmaqla yanaşı, yaradılan kodun arxitekturasını, keyfiyyətini, təhlükəsizliyini və maintainability prinsiplərini qiymətləndirmək bacarığı tələb olunur.
  • Minimum 3 il real software development təcrübəsi
  • Güclü problem-solving və analytical thinking bacarıqları
  • Texnologiya seçimlərini əsaslandırmaq və arxitektura qərarları vermək bacarığı
  • Yeni texnologiyaları və AI development yanaşmalarını sürətlə mənimsəmək
  • Komanda ilə effektiv işləmək və məsuliyyətli yanaşma
  • Texniki sənədləri oxumaq üçün ingilis dili biliyi

Frontend Development

  • Next.js, React.js və ya oxşar müasir frontend framework-ləri ilə təcrübə
  • TypeScript / JavaScript üzrə güclü biliklər
  • REST API inteqrasiyası
  • Responsive UI, SSR və frontend performance optimization

Backend Development

  • Python və FastAPI və ya oxşar backend framework-ləri ilə təcrübə
  • RESTful API dizaynı və development
  • Authentication & Authorization (JWT, OAuth 2.0)
  • Asynchronous programming və background task processing
  • API security və performance optimization

Software Architecture & Microservices

  • Software Architecture və System Design prinsiplərini bilmək
  • Microservices Architecture ilə praktiki təcrübə
  • Distributed Systems anlayışı
  • Event-driven Architecture
  • Message Brokers (RabbitMQ, Kafka və s.)
  • Design Patterns, SOLID və Clean Architecture prinsipləri

Cloud & DevOps

  • AWS, Azure və ya Google Cloud platformalarından biri ilə iş təcrübəsi
  • Docker və containerization
  • Kubernetes haqqında biliklər
  • CI/CD pipelines (GitHub Actions, GitLab CI və s.)
  • Cloud-native application development
  • Monitoring, logging və troubleshooting

Databases

  • SQL: PostgreSQL, MySQL və ya oxşar relational database-lər
  • NoSQL: MongoDB, Redis və digər NoSQL həlləri
  • Database design və optimization
  • Indexing, caching və query performance

AI-Assisted Development & Vibe Coding

AI alətlərindən proqram təminatının hazırlanması prosesində effektiv istifadə bacarığı vacibdir.

  • Claude Code və OpenAI Codex ilə praktiki iş təcrübəsi
  • AI-assisted coding və Vibe Coding yanaşmalarını tətbiq etmək
  • AI agent-lər vasitəsilə development workflow-larının sürətləndirilməsi
  • Prompt Engineering və Context Engineering bacarıqları
  • AI-generated code-un review, debugging, testing və refactoring edilməsi
  • AI-dən istifadə edərək sürətli prototipləşdirmə və MVP development

Üstünlük hesab olunur

  • Large-scale və high-load sistemlərlə iş təcrübəsi
  • Domain-Driven Design (DDD)
  • Infrastructure as Code (Terraform və s.)
  • AI Agents, LLM API Integration və RAG sistemləri ilə təcrübə
  • Serverless Architecture
  • Test Automation və observability tools

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Rəqabətədavamlı əməkhaqqı paketi
  • Performansa əsaslanan bonus imkanları
  • Çevik qrafikli hybrid iş modeli
  • Enterprise səviyyəli AI və innovasiya layihələrində iştirak
  • Professional inkişaf və sertifikasiya dəstəyi
  • Müasir texnologiya stack-i və güclü engineering mədəniyyəti
  • Sağlamlıq və rifah dəstək proqramları
  • Beynəlxalq və əməkdaşlığa açıq iş mühiti
  • Senior və Lead QA istiqamətində karyera inkişaf imkanları
  • Qabaqcıl AI alətləri və daxili təlim proqramlarına çıxış
  • Geniş imkanlar təqdim edən texnoloji mühit
  • Naharla təminat və idman zalından (daxildə) istifadə

İş Formatı

  • Hybrid
  • Full-time

Niyə Bizə Qoşulmalısınız?

  • Bu vəzifə sizə enterprise səviyyəsində hazırlanmış qabaqcıl AI Agent tətbiqləri üzərində işləmək imkanı yaradır. Burada keyfiyyət mühəndisliyi minlərlə istifadəçinin istifadə etdiyi ağıllı sistemlərə birbaşa təsir göstərir. Siz sürətlə böyüyən mühitdə təcrübəli engineering və product komandaları ilə birlikdə etibarlı AI təcrübələrinin formalaşdırılmasına töhfə verəcəksiniz.
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət zamanı CV-də aşağıdakıları əks etdirməlidir:

  • GitHub / portfolio linklərini

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Similar jobs