Skip to content
GoJob
Back to jobs

İT üzrə Mütəxəssis

Mercure Hotels Baku CityIT specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 19, 2026
Views
708
Applications
57
Apply before
December 19, 2026

Information Technology jobs in Baku

About this job

Mercure Hotels Baku City is hiring an IT specialist in Baku. Full-time. Apply directly to the employer.

Şöbə: İnformasiya Texnologiyaları

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Otelin kompüter və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək;
  • Cisco şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və idarə edilməsini həyata keçirmək;
  • MikroTik avadanlıqlarının quraşdırılması və idarə olunmasını təmin etmək;
  • Lokal və simsiz şəbəkələrin (Wi-Fi) fəaliyyətinə nəzarət etmək;
  • Şəbəkə bağlantılarında yaranan texniki problemləri müəyyən etmək və aradan qaldırmaq;
  • Şəbəkə təhlükəsizliyini təmin etmək, təhlükəsizlik qaydalarını tətbiq etmək;
  • Şəbəkə trafikini izləmək və təhlil etmək;
  • DHCP, DNS, NAT, VPN və təhlükəsizlik qaydalarının sazlanmasını həyata keçirmək;
  • Şəbəkə avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək;
  • Şəbəkə sistemlərinin performansını optimallaşdırmaq və texniki sənədləşdirmə aparmaq;
  • İT infrastrukturu ilə bağlı texniki dəstək göstərmək.

Namizədə tələblər:

  • İT və şəbəkə infrastrukturu sahəsində iş təcrübəsi;
  • Cisco Switch avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki biliklər;
  • MikroTik RouterOS üzrə bilik və təcrübə;
  • TCP/IP, OSI modeli, IP ünvanlaşdırılması və alt şəbəkələr üzrə biliklər;
  • VLAN, Trunking, Inter-VLAN Routing və STP üzrə biliklər;
  • Marşrutlaşdırma və kommutasiya texnologiyaları, Static Routing və OSPF üzrə biliklər;
  • DHCP, DNS, NAT, Firewall, ACL və VPN konfiqurasiyası üzrə biliklər;
  • MikroTik üzərində Firewall, NAT, Mangle, Queue və Routing idarəetmə bacarığı;
  • Simsiz şəbəkələr, giriş nöqtələri və Wi-Fi infrastrukturu üzrə biliklər;
  • Şəbəkə monitorinqi, trafik təhlili və texniki problemlərin aradan qaldırılması bacarığı;
  • CCNA və MTCNA sertifikatları üstünlükdür;
  • Texniki sənədləşdirmə bacarığı;
  • İngilis dili biliyi mütləqdir;
  • Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • İşçilər üçün nahar təminatı;
  • Beynəlxalq otel şəbəkəsində təcrübə qazanmaq imkanı.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

More jobs at Mercure Hotels Baku City

Jobs at Mercure Hotels Baku City